Vladiqafqazın ən populyar klubu
“Portal” klubu Vladiqafqazda məşhurdur. Rəsmən bura klub deyil, “yaradıcılıq birliyidir”. Əslində də elə belədir – yaradıcı insanların birliyi, digər yaradıcı insanlar çoxluğunun toplaşa bilməsi üçün yaradılmış məkan.
Hər şey iki il əvvəl yarımçıq qalmış inşaatda qarovulçu işləyən rəssam Alber Toqoyevin öz rəssam dostlarını qarovulçu köşkünü rəngləmələri üçün dəvət etməsilə başlayıb.
Uzun illər işlərin dayandırıldığı inşaat meydançası Şimali Osetiya Milli Muzeyinin ərazisində yerləşir. Çox qısa müddətdə bütün inşaat meydançası nəhəng qraffitilərə bürünüb, xüsusən də milli mövzularda.
Beləliklə, “Portal”ın girişini osetin milli musiqi alətlərini yenidən canlandıran ağac ustası Soslan Mouraovun portreti bəzəyir.
Amma “Portal”da ən əsası traffiti deyil, “yaradıcı laboratoriya” iştirakçılarının apardıqları ictimai fəaliyyətdir. Məhz:
[yes_list]
- elmi-populyar filmlər göstərirlər,
- incəsənət haqda leksiyalar oxuyurlar,
- teatr qrupları və musiqiçilər məşq edirlər.
[/yes_list]
Axşamlar isə “Portal”ın həyətində ocaq ətrafında oturub, söhbət edirlər.
“Portal”ın ən əsas qürur mənbəyi osetin dilindən tərcümədə “öz əli ilə hazırlanmış” mənasını verən “Hikond” adlanan “azad sənətkarların yarmarkası”dır.
Bu yarmarka “Portal”da artıq beş dəfə baş tutub, hər dəfə də minlərlə insanı cəlb edib. Bununla belə “laborantlar” şəhər hakimiyyətindən heç vaxt heç bir dəstək almayıb.
Bu yer bütün Şimali Qafqazda bəlkə də ona görə belə populyar məkana çevrilib ki, bura nə cürsə müasir incəsənəti milli tələblərlə birləşdirə bilib.
Hərçənd, indi bu məkanın çətinlikləri var. 2016-cı ilin dekabrında Şimali Osetiya hakimiyyəti Milli Muzeyin binasının inşaat işlərinin bərpa ediləcəyini bildirib və “Portal” təhlükə altına düşüb.
Gənclər cavab olaraq klubun muzeylə inteqrasiyası planı hazırlayıblar. Onların düşüncəsinə görə, “Portal” Şimali Osetiya Milli Muzeyinin müasir incəsənət bölümü ola bilər.
Amma təklif muzey rəhbərliyi tərəfindən qəti etirazla qarşılanıb. Martın 8-də “Portal”da Hikond vida yarmarkası keçirilib, bundan sonra yaradıcı birlik iştirakçıları inşaatı tərk etməlidirlər. “Portal”ın gələcək taleyi hələ ki, məlum deyil.