Vladimir Putin 3 saat 49 dəqiqə davam edən mətbuat konfransı keçirib
Saakaşvili haqda
“Onun elədiyi gürcü xalqının üzünə tüpürməkdir və Ukrayna xalqının üzünə tüpürməkdir. Meydanlarda ora-bura qaçıb, qışqırır ki, ukraynalıdır. Siz buuna necə dözürsüz? Mənim ürəyim qan ağlayır”.
Suriya haqda
“Əgər biz İD-nin məhvi haqda danışırıqsa, bu o deməkdir ki, Rusiya öz vəzifəsinin öhdəsindən gəlib. Siyasi quruluş və fenomen kimi İD-ni nə isə ki, bitirmişik. Aydındır ki, Suriyada hansısa İŞİD qüvvələri qalmaqdadır, amma onlar əhəmiyyətli qədər deyil və o da aydındır ki, əsas məğlub edici zərbə onlara artıq endirilib”.
“Ora polis olaraq məhz Şimali Qafqazdan olanları göndərmək mənim təşəbbüsümdür, çünki onlar əsasən sünnilərdir, yerli sünni əhali də onlara etibar edir”.
Suriya qaçqınları haqda
“Bu problemdir. Bundan ən çox Türkiyə əziyyət çəkir, çünki ən çox qaçqın oradadır. Suriya müstəqil şəkildə çətin ki, bunun öhdəsindən gəlsin. Amma mən indi bu ştamplaşmış ifadələrdən çəkinməyəcəm, bütün dünyadakı xeyirxah insanlar anlamalıdırlar ki, bu problemi birlikdə həll etməsək, bu, onların da problemi olacaq”.
Ukraynadakı Rusiya qoşunları haqda
“Biz heç vaxt deməmişik ki, orada [Ukraynada] müəyyən məsələlərin, o cümlədən də hərbi sahədə, həlli ilə məşğul olan insanların mövcudluğunu inkar etməmişik. Bu o demək deyil ki, orada daimi Rusiya qoşunları var, fərqi hiss edin”. [