Vanadzor, 10 marşrutları
Beləliklə mən sovet zamanında Kirovakan, daha əvvələr Karakilis adlanan Vandazor şəhərinə yola düşürəm. Şəhər Yerevandan 120km uzaqlıqda, Ermənistanın şimalında yerləşir və ölkənin üçüncü böyük şəhəridir. İctimai nəqliyyatda 2 saatlıq yol və mən artıq vandazor şəhər avtvağzalındayam. Yerli cammatdan məlumat alıb şəhərlə tanış olmağa gedirəm. Sizə Vandazora gedəndə etməli olduğunuz 10 vacib işin siyahısını təqdim edirəm.
1. Oxumaq
Şəhərin mərkəzində Ayka meydanı yerləşir. Burada mühüm rəsmi binalar- yerli və bütün Loriys roayonunun icraedici orqanı yerləşir. Burada Vandazorun simvolu – Quqark mehmanxanasının binası yerləşir. Meydanda sanki hər şey qabaqcadan hesablanıb: burada yerli əhali üçün Yeni il vaxt “yolka kimi bzədilən əsl küknar ağacı yetişir. Mənim üçün isə buranın ən vacib şeyi – səhnəsidir. O burada konsertlərin və tədbirlərin keçirilməsi və mənim kimi yüksək səslə oxumağı sevən melomanlar üçün nəzərdə tutulub.
2. Müalicə almaq
Vandazor- Ermənistan bağı hələ sovet dönəmində olduqca məhşur idi. Payız artıq ağacların yarpaqlarını töküb və buranın müştəriləri dağılıb. Sanotoriya yalnız aprel ayından oktyabr ayına qədər fəaliyyət göstərir. Bu böyük ərazidə gözümə yalnız bir insan dəydi- sanotoriyanın direktoru Sarkiz Amiryan. O sanotoriyanı tərifləməyi yaddan çıxartmadı. Onun sözlərinə görə bu sanotoriya torf və mineral sulardan istifadə edilərək kompleks müalicənin aparıldığı yeganə məkandır.
3. Turş mineraldan içmək
Yeli əhali lori mineral suyunu o qədər tərifləyir ki, ondan içməmiş buradan getmək cinayət olardı. Yerli mineral su- “turş suadlanır. Vau – bu həqiqətən də turşdur, lakin yüngüldür və digər mineral sulara qətiyyən oxşamır. Yeri gəlmişkən, o şüşələrə doldurulub mağazalarda satılmır.
4. Mədəniyyət axşam
80 illik tarixi olan teatr şəhərin qurur mənbəyidir. Təəsüf ki, tamaşaya baxa bilməyəcəm, çünki axşam mən artıq brada olmayacam. Burada tamaşalar da hər gün olmur.
Deməli, 1000 dən çox esponatın sərgiləndiyi təsviri sənət müzeyi qaldı. Soyuq havada burada gəzmək olduqca çətindir. Binanın mərkəzi isitmə sistemi yoxdur, və təmirə ehtiyacı var.
Mədəniyyət evi isə təmir olunub. Burada konsertlər və digər mədəniyyət tədbirləri həyata keçirilir. Buranın həmçinin kinozalı da var. Zəlzələdən sonra bina uzun müddət yarıuçmuş vəziyyətdə qaldı. İnsanlar zəlzələnin bir xatirəsi kimi binanı bu vəziyyətdə saxlamaq istəyirdilər. Lakin, Şarl Aznaur sayəsində bina təmir olundu və binaya onun adı verildi.
5. Məhsul yığımında iştirak etmək
Bizim məhçur yazıcımız Stepan Zoryan burada yaşayıb və onun ev muzeyi bu şəhərdədir. Onun sevimli alma bağı (“Alma bağı yazıçının məhşur hekayəsidir) da burada yerləşir.Hər il bu vaxt muzey məhsul yığımı təşkiledir. Alma ağaclarında çox az meyvə qalıb.
Ev-muzeyin direktoru Lena Antaramyan deyir ki, mən bu ilki məhsul yığımına gecikmişəm.
6. Alış-veriş etmək
Aaa alma istədim. “Laçın koridoruna gedəcəm. ( əslində Laçın koridoru- Ermənistan ilə Qarabağı birləşdirən ərazidir) Burada hər şey tapmaq – təzə balıqdan, maqnitafona qədər müxtəlif məhsullar tapmaq olar.
7. Heykəllərlə selfi etmək
Tozlu və səs-küylü küçənin yanında Vandazorun ən məhşur 2 abidəsi yerləşir. Bir abidə musiqiçi Ato ustanın şərəfinə ucaldılan düdükdür. Yeri gəlmişkən burada düdük səsi eşitmək olar.
İkinci isə öpüş abidəsidir. Düzünü desəm öpüşü tapmaq üçün çox baxdım.
Daha bir abidə isə Qenosidin 100 illiyinə həsr edilib. Burada mis qılıncla şəkil çəkdirmədən gedə bilmərəm.
8. Mitinqdə iştirak etmək
Arçax bağçasında təzə boyanmış skamyaya oturdum. Bu şəhərin ən çox adam olan hissəsidir.
Çünki bu ərazidə Vandazor dövlət institutu yerləşir. Yanımda oturan nənə deyir ki, Vandazorun bütün mitinqləri burada keçirilir. Deməliyəm ki, təzə boyanmış skamyalara baxmayaraq, bağ baxımsızdır. Burada bir abadlıq işləri aparmaq lazımdır.
9. Kilisəyə getmək
Kilsəsiz də erməni kəndi olar? Vandazorda 1,2,3,4,5…hətta rus pravoslav kilsəsi də daxil olmaqla 6 kilsə var. Yerevandan gələndə yolda Kortaç kilsəsinin dağıntıların gördüm. Kilsənin adı məhz buradakı qara daşlardan götürülüb.
(Karakilis – Qara kilsə).
Vandazorluların sözlərinə görə isə onlar ən çox “Müqəddəs ana kilsəsini sevirlər.
Müqəddəs Qriqoriy kilsəsindən bir neçə addımlıqda yeni tikilən kilsə yerləşir. Vandazorlular köhnələrə hğrməti saxlamaqla, yeni kilsələr tikməkdə davam edir.
10. Körpüdə qıfıl bağlamaq
Bir kilsə də varlı şərabçı Vasiliy Tairovun (19-cu əsr) bağ evindədir. Yeri gəlmişkən, 1999-cu ildən bu ev Erməni Apostol kilsəsinin Quqark eparxiyasının iqamətgahıdır. Tairovun evinə gəldik. Sonra hara gedəcəyik? Daha sonra saralmış yarpaqlı balaca bir bağ var. Lakin əvvəlcə mən yaşıl körpüyə getməliyəm. Buraya sevgililər qıfıl bağlayırlar. Məqsəd öz sevgilərini əbədi qorumaqdır. İndi sevənlərin asdığı qıffıllara mənimki də əlavə olundu.
Dərc edilib: 09.10.2016