Ukrayna Gürcüstandan Saakaşvilinin ekstradisiyası ilə bağlı sorğu alıb
Paylaşmaq
Paylaşmaq
Ukrayna Gürcüstanın Baş Prokurorluğundan Saakaşvilinin axtarışa verilməsi, həbs edilməsi və ekstradisiyası ilə bağlı sorğu alıb.
Bu haqda brifinq zamanı Ukrayna ədliyyə nazirinin müavini Sergey Petuxov məlumat verib.
“Tbilisi şəhər məhkəməsinin cinayət işləri üzrə kollegiya hakiminin 2 avqust 2014-cü i tarixli qərarı ilə Mixail Saakaşvilinin barəsində həbs qəti imkan tədbiri seçilib. Gürcüstan Baş Prokurorluğunun baş prokurorunun 4 avqust 2014-cü il tarixli qərarı ilə Mixail Saakaşvilinin istintaq orqanına gəlməkdən imtina etməsi və yerinin müəyyən edilməməsi ilə bağlı o, axtarışa verilib”, – deyə Petuxov bildirib.
Petuxov həm də bildirib ki, Gürcüstanın Baş Prokurorluğunun sorğusunda zəmanət verilir ki, bu sorğu siyasi motivli deyil, Saakaşvili sorğuda yer almayan cinayətlərə görə məsuliyyətə cəlb edilməyəcək və Ukraynanın razılığı olmadan onu üçüncü dövlətə təhvil verməyəcəklər.
Nazir sorğunu ekstradisiya araşdırılmasının aparılması üçün baş prokurorluğa təqdim etmək qərarını verib.
– Gürcüstanın Baş Prokurorluğunun məlumatına görə, Mixail Saakaşvili Gürcüstanın Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə başlanılan bir neçə cinayət işi üzrə müttəhim qismində çıxış edir: başqasının əmlakının mənimsənilməsi, israf edilməsi və yiyələnmə; zor və ya silah tətbiq etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə; vəzifəli şəxs tərəfindən xidməti vəzifədən sui-istifadə.
– İyulun 26-da məlum olub ki, Pyotr Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.
— Odessa vilayətinin keçmiş qubernatoru son aylarda ABŞ-da idi. Avqustun 17-də Saakaşvili bildirib ki, sentyabrın 10-da Ukraynaya qayıtmağı planlaşdırır. Bu haqda o, “Facebook” səhifəsində canlı yayım zamanı bildirib. Saakaşvili deyib ki, Ukraynaya Polşadan, Lvov vilayətindəki “Krakoves” buraxılış məntəqəsindən keçəcək.