İran

İran – Ermənistan, Türkiyə, Azərbaycan, İraq, Pakistan və Əfqanıstanla əhatələnmiş Asiya ölkəsidir. Paytaxtı Tehrandır. Fars körfəzinə və Xəzər dənizinə çıxışı var. Əhalisi 80 milyon nəfərdən çoxdur.

 

1979-cu il İslam inqilabından sonra ölkədə şəriət hakimiyyəti qurulub – dini rəhbər ölkənin idarə olunmasında xüsusi rol oynayır.

 

Dövlət dini islamın şiə təriqətidir.

 

Beynəlxalq aləm İran rejimini insan haqlarını pozduğu üçün tənqid edir. İranda ölüm hökmü qüvvədədir, ölüm hökmünə məhkum olunanları ictimai şəkildə asırlar. Ölkədə senzura hökm sürür, o cümlədən də internetdə.

 

İran dövlət kimi tanımadığı İsraillə, həmçinin ABŞ və onun müttəfiqləri ilə gərgin münasibətlərdədir.

 

Həyata keçirdiyi “nüvə proqramı” üzündən İrana qarşı beynəlxalq sanksiyalar tətbiq olunub.

Foto Reuters

Koronavirusun İrana hücumu

İranda xəstələrin sayı artır, məktəblər bağlanır və kütləvi namazlar təxirə salınır. Çoxları hesab edir ki, hakimiyyət ölkədə epidemiyanın əsl mənzərəsini gizlədir

Ən Populyar

JAMnews-u dəstəkləyin

Biz JAMnews-da müstəqil redaksiya siyasəti seçmişik. Siz bizi dəstəkləyəcəksiz? Yoxlanılmış faktlar, balanslı, ağlabatan izahlar – JAMnews məhz bu cür jurnalistika ilə təmin etmək istəyir. Biz çoxsaylı komandayıq – regionun hər yanında yaşayan redaktorlar və jurnalistlər. Heç kim bizim üçün gündəm yaratmır, heç kim bizim redaktorları redaktə etməyə cəsarət etməz – buna görə də, biz sizə hər gün hadisələri reallığa maksimum yaxın nəql edirik. Sizin istənilən köməyiniz bizə işimizi davam etməyə dəstək olacaq və bir fincan qəhvənin dəyəri olan 1 dollar bizim üçün çox önəmlidir. Təşəkkür edirik!

JAMnews-u dəstəkləyin