Terminallarda əlavə 1 manatı kim ödəyəcək?
Dünən axşam televiziya kanallarından birində yayılmış xəbər Azərbaycanda xeyli müzakirələrə səbəb olub. Əhali arasında çaşqınlıq yaratsa da, həmin məlumatın əhaliyə heç bir aidiyyatı yoxdur. Bəs bu çaşqınlığa səbəb nə olub?
- Azərbaycanda səs-küylü məhkəmə iddiaları paradı
- Beş deputatsız Azərbaycan parlamenti
- Qarabağda müharibəyə səsləyən azərbaycanlı futbol məşqçisinə hökm oxundu
Ödəmə terminallarından “Azərişığ”ın qeyri-əhali ödənişlərinə görə əlavə 1 manat tutulacaq. Bu barədə “Milliön” terminalları müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Xəzər” telekanalının “Birinci studiya” verilişində deyib.
“Bu, xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olarkən monitorda qeyd olunub. Qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib və yalnız “Milliön” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında digər şirkətlərə də şamil edilib”, – deyə Əfəndiyeva bildirib.
Əsas çaşqınlıq yaradan isə müsahibənin efirə getməsindən əvvəl xəbərlərin aparıcısının “müqəddimə”si olub. Belə ki, xanım aparıcının eyhamlarından bu məlumatın adi mənzillərin elektrik enerjisi sərfiyyatına görə ödənişlərə aid olub-olmaması məlum olmayıb.
Həmin xəbərin yayılmasından sonra sosial şəbəkələrdə paylaşılmış bəzi şərhləri diqqətinizə çatdırırıq:
“Əhalinin qəsdinə dayanıblar! Ödəmə terminallarında 1 manat xidmət haqqı tutulacaq. Bunu Milliön müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Birinci studiya” verilişində deyib”.
“Milliön” də qeyri-əhalidən 1 manat xidmət haqqı tutacaq. Doğru qərardır, nolar aparat olanda, o da əziyyət çəkir, bütün günü işləyir. Hamı yeyəcək, o baxacaq?”
“Qeyri-əhali imiş. 1 manat söhbəti. Deyirəm axı, əhalinin 1 manatı kimə lazımdır? 2-3 dəfə artırılsaydı, inandırıcı olardı”.