Tbilisini toz bürüyüb – mütəxəssislər deyirlər ki, bu təhlükəli deyil
İyulun 27-də səhər saatlarından Tbilisi sakinləri qeyri-adi halın şahidi olublar, sosial şəbəkələrdə isə şəhərin duman və ya toza bürünmüş olduğunu əks etdirən fotolar paylaşılıb.
Qeyri-adi hal şəhər sakinləri arasında Tbilisidə yaranmış mürəkkəb ekoloji vəziyyət üzündən şəhərin sisə büründüyü şübhəsi yayılıb. Bəziləri fürsətdən istifadə edərək növbəti dəfə ictimai nəqliyyatın və şəxsi avtomobillərin buraxdığı qaza nəzarət edilməsini tələb edib.
Amma daha sonra məlum olub ki, şəhərə yayılan sis deyil – Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentlikdən izah ediblər ki, Tbilisi üzərində səma “cənubdan gələn isti hava ilə Cənubi Qafqazın şimalındakı nisbətən sərin hava kütlələri ilə qarşılıqlı təsir” nəticəsində yaranan toz buluduna bürünüb. Agentliyin Qısamüddətli Proqnozlaşdırma İdarəsinin rəhbəri Dodo Qvazava açıqlayıb ki, Tbilisini bürüyən isti hava kütlələri sağlamlıq üçün təhlükəli deyil.
Eyni cür toz dumanı iyulun 26-da Azərbaycanın paytaxtı Bakını da bürüyüb. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, tozla örtülmüş hava Azərbaycana Türkmənistandan gəlib.