Tbilisi Buba Kikabidze ilə vidalaşıb. Sənətkar Vera məzarlığında dəfn edilib. Fotoreportaj
Buba Kikabidzenin dəfn mərasimi. Fotoreportaj
Bu gün minlərlə insan məşhur gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidzeni son mənzilə yola salmaq üçün Tbilisi Filarmoniyasının əsas konsert zalına gəlib. O, yanvarın 15-də 84 yaşında dünyasını dəyişib.
Mərasimdə Buba Kikabidzenin mahnıları səsləndirilib, ekranda onun filmlərindən parçalar nümayiş olunub.
![Похороны Бубы Кикабидзе.Фото: Датуна Агасси специально для JAMnews. Похороны Бубы Кикабидзе. Фоторепортаж](https://jam-news.net/app/uploads/2023/01/DSC4903-1024x684.jpg)
![Похороны Бубы Кикабидзе.Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC4928-1024x684.jpg)
![Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC4888-1024x684.jpg)
![Похороны Бубы Кикабидзе.Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC4898-1024x684.jpg)
![Похороны Бубы Кикабидзе.Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC5026-1024x684.jpg)
Filarmoniyaya minlərlə şəhər sakini – siyasətçilər, müğənnilər, aktyorlar gəlib.
![Подруга певицы и Бубы Кикабидзе Нани Брегвадзе, певица Эка Мамаладзе. Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC4803-1024x685.jpg)
![Певица Нино Катамадзе. Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC4868-1024x684.jpg)
![Оперный певец Паата Бурчуладзе. Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC4828-1024x684.jpg)
![Мэр Тбилиси Каха Каладзе и лидеры «Грузинской мечты» Ираклий Кобахидзе, Мамука Мдинарадзе, Арчил Талаквадзе. Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC4813-1024x684.jpg)
![Режиссер Лана Гогоберидзе. Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC5124-1024x684.jpg)
Lana Qoqoberidze: “Az əvvəl Bubanın kim olduğu məlum oldu – hətta o Rusiyaya getməkdən imtina etdikdə, daha sonra Kiyev metrosunda oxuduqda o, Gürcüstan olan yaxşı nə varsa hamısının rəmzi idi”.
![Гия Барамидзе, один из лидеров «Национального движения». Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC5143-1024x684.jpg)
Dəfnə müxtəlif ölkələrin – Ermənistan, Azərbaycan, Ukrayna – nümayəndə heyətləri də qatılıb.
Buba Kikabidze Ukraynanın böyük pərəstişkarı idi. Onun tabutu üzərinə Gürcüstan bayrağı ilə yanaşı Ukrayna bayrağı da sərilib.
![Похороны Бубы Кикабидзе.Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC4959-1-1024x684.jpg)
Matəm mərasiminə Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko da qatılıb. O zalda prezident Vladimir Zelenskinin məktubunu oxuyub.
![Министр культуры Украины Александр Ткаченко читает письмо Владимира Зеленского. Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC5058-1-1024x684.jpg)
“Ukraynalılar Vaxtanq Kikabidzeyə Rusiya təcavüzkarına qarşı mübarizədə göstərdiyi dəstəyə görə təşəkkür edirlər. Vaxtanq Kikabidzenin adı Ukraynanın tarixinə Ukraynanın müstəqilliyinin və suverenliyinin müdafiəsinə töhfə vermiş böyük gürcünün adı kimi düşəcək. Biz bunu həmişə xatırlayacağıq və heç vaxt unutmayacağıq”, – məktubda deyilir.
Tkaçenko gürcü dilində də bir neçə kəlmə danışıb. “Rusiya-Ukrayna müharibəsi zamanı ölkəmizdə insanlar öləndə deyirlər ki, qəhrəmanlar ölmür, bu tam Vaxtanq Kikabidzeyə aiddir”, o deyib.
Ukraynada döyüşən gürcü əsgərləri Buba Kikabidzenin dəfn mərasiminə əklil göndəriblər.
![Похороны Бубы Кикабидзе.Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC4950-1024x684.jpg)
Səhhətinə görə mərasimdə iştirak edə bilməyən katolikos-patriarx II İliya başsağlığı məktubu göndərib.
“Sonuncu mefayton Tbilisi ilə vidalaşır” – bu mahnı alqış sədaları altında tabut Filarmoniyadan çıxarılanda səslənib. İnsanlar dayanmadan əl çalıblar. “Buba, Buba”, – deyə qışqırıqlar eşidilib.
![Похороны Бубы Кикабидзе.Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC5181-1024x684.jpg)
![Похороны Бубы Кикабидзе.Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC5185-1024x684.jpg)
![Похороны Бубы Кикабидзе.Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC5033-1024x684.jpg)
![Похороны Бубы Кикабидзе.Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC4924-1024x684.jpg)
Buba Kikabidze vəziyyətinə uyğun olaraq panteonda yox, Vera məzarlığında, anasının yanında dəfn edilib.
![Похороны Бубы Кикабидзе.Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC5246-1024x684.jpg)
![Похороны Бубы Кикабидзе.Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC5266-1024x684.jpg)
![Похороны Бубы Кикабидзе.Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC5286-1024x684.jpg)
![Похороны Бубы Кикабидзе.Фото: Датуна Агасси специально для JAMnews](https://jam-news.net/app/uploads/2023/01/DSC5357-1024x684.jpg)
Prezident Salome Zurabişvili Buba Kikabidzenin dəfn mərasimində iştirak etməyib. O, Facebook-da ailəsinə başsağlığı verib. “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili də dəfn mərasimində iştirak etməyib.
Kikabidze son illərdə eks-prezident Mixail Saakaşvilinin “Milli Hərəkat” partiyasının üzvü olub və bu partiyanın siyahısı ilə parlamentə daxil olub.
2008-ci il müharibəsindən sonra Buba Kikabidze Rusiyaya getməkdən və orada çıxış etməkdən imtina edib və Rusiya Federasiyasında aldığı bütün mükafatları geri qaytarıb.