Taylandda mağarada qalan on iki uşaqdan səkkizi xilas edilib. Bütün dünya əməliyyatın gedişatını izləyir
Xilasedicilər Taylandda mağarada qalan on iki uşaqdan səkkizini xilas edib. Xilasetmə əməliyyatı on saata yaxın davam edib, bu da ekspertlərin gözləntilərindən daha yaxşı nəticədir: onlar hesab edirdilər ki, ən optimist proqnozlara görə belə əməliyyat azı on iki saat çəkəcək, – CNN.
Xilas edilimiş bütün uşaqlar xəstəxanaya yerləşdirilib.
Təxminən iki həftə əvvəl 11-16 yaş arası oğlanlardan ibarət uşaq futbol komandası məşqçiləri ilə birlikdə Taylandın şimalında yerləşən mağarada yoxa çıxmşdı. Komandanın treneri mütəmadi olaraq komandasını səfərlərə aparırmış, bu da növbəti səfərlərdən biri olub.
Yağışlar mövsümündə Taylandda mağaralar su ilə dolur, buna görə də komanda mağarada qalıb bayıra çıxa bilməyiblər. Onların yerini xilasedicilər təsbit edib.
Xilasetmə əməliyyatında 40 taylandlı və 50 xarici mütəxəssis iştirak edir. Əməliyyata dərhal başlamaq mümkün olmayıb, çünki suyun səviyyəsinin yüksək olduğu durumda məşqçi və komandanı oradan çıxarmaq mümkün deyildi. Amma Taylandda yeni leysan yağışı başlamalı olduğu və bundan sonra mağarada qalanların tamamən təcrid olnuna biləcəyi üçün əməliyyatı başlatmaq qərarı alınıb.
İyulun 6-da mağaraya hava balonları çatdıran xilasedicilərdən biri mağarada həlak olub. Taylandlı Saman Qunanuna geri qayıdarkən onun özünə hava balonu çatmayıb.
Xilasedicilər əməliyyatı iyulun 9-da davam etdirəcəklər. Mağarada hələ də dörd uşaq uşaq və 25 yaşlı məşqçi qalır.
Dünya ictimaiyyəti Taylandda baş verənləri diqqətlə izləyir.
Dünyanın ən varlı adamlarından biri olan İlon Mask uşaqların xilas edilməsi üçün öz yardımını təklif edib. O, raketlərinin birinin korpusundan (ona məxsus olan SpaceX şirkəti raket hazırlamaqla məşğuldur) mini sualtı qayıq hazırlamağı və onunla mağarada qalan uşaqlara yetişməyi təklif edib.
FİFA prezidenti Canni İnfantino mağarada qalan komandanı futbol üzrə Dünya Çempionatının iyulun 15-də Moskvada baş tutacaq final oyununa dəvət edib.