Cənubi Osetiya parlamenti respublikada keçiriləcək prezident seçkilərinin vaxtını təyin edib. Seçkilər aprelin 9-da baş tutacaq.
Bu günə qədər Cənubi Osetiya prezidentliyinə namizəd olmaq niyyətini açıqlayanlar respublikanın hazırkı rəhbəri Leonid Tibilov, 2001-2011-ci illərdə prezident olmuş Eduard Kokoytı və parlamentin hazırki spikeri Anatoli Bibilov olub.
Seçkilərin vaxtı elan olunan andan etibarən seçkiqabağı kampaniyaya start verilib və Mərkəzi Seçki Komissiyası öz işinə başlayıb. Kokoytının siyasətə qayıdıb, prezidentliyə namizədliyini irəli sürməsi Cənubi Osetiyada birmənalı qarşılanmayıb. Detallar və təhlil JAMnews-un MƏQALƏSİNDƏ.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.