Soçidə osetiyalı boksçu Murat Qassiyev kubalı Dortikos üzərində qələbə qazanıb
Paylaşmaq
Paylaşmaq
Bu gecə Murat Qassiyevin azarkeşləri Cənubi Osetiyanın paytaxtında kumirlərinin möhtəşəm qələbəsini qeyd edib. Sxinvalın küçələrini maşınla gəzərək siqnal verib, göyə atəş açaraq, çempionun adını qışqırıblar.
Osetiyalı boksçu Soçidə keçirilin Ümumdünya boks super seriyası turnirində kubalı ağır çəkili Yuniyor Dortiks üzərində qələbə qazanıb. Qassiyev son saniyələrdə kubalını nokaut edib, daha sonra demək olar ki, onu rinqdən tullayıb. Qələbə Murat Qassiyevə iki titul – IBF və WBA versiyaları üzrə dünya çempionluğu, həm də 1,6 milyon dollar qazandırıb.
Başda respublika prezidenti Anatoli Bibilov olmaqla azarkeşlərin bir qismi Qassiyevi qələbə münasibəti ilə döyüşdən dərhal sonra təbrik edib.
Murat Qassiyev döyüşdən sonra keçirilən mətbuat konfransında rəqibi və rəqibinin komandasına təşəkkürünü bildirib. “Yuniyerin komandasına təşəkkür edirəm. Ümid edirəm ki, o yaxşıdır, və tezliklə daha güclü olaraq, geri dönəcək. O, ağır zərbəli ciddi bir boksçudur. Bizim çəki kateqoriyamızda hər şey, hər an hər birimizin xeyrinə bitə bilərdi. Ümid edirəm ki, bu sadəcə başlanğıcdır və biz ancaq irəliyə doğru gedəcəyik”, – Murat Qassiyev deyib.
Qarşıda Qassiyevi birinci dərəcəli ağır çəkidə ukraynalı boksçu Aleksandr Usiklə qarşılaşacağı WBSS turnirinin finalına ciddi hazırlıq gözləyir. Final döyüşünün qalibi daha 4 milyon dollar, məğlub isə 2 milyon dollar qazanacaq. Final may ayında Ciddədə (Səudiyyə Ərəbistanı) baş tutacaq.
Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır