Soçi aeroportunda erməni soyadlı əməkdaşlar işdən azad edilir
Rusiyanın Soçi şəhərinin beynəlxalq aeroportunda erməni soyadlı əməkdaşlar işdən azad edilir. Bu haqda onlarla aeroport əməkdaşının milli zəmində “təmizləmədən” müdafiə olunmaq xahişi ilə yazdığı müraciət yayılandan sonra məlum olub.
Müraciətdə nə deyilir?
Bu günlərdə sosial şəbəkədə Soçi beynəlxalq aeroportunun otuz nəfərə yaxın əməkdaşının imzaladığı yazılı müraciətin fotosu yayılıb.
Bəyanatda deyilir:
“Artıq ikinci ildir ki, [Soçi aeroportunda – JAMnews] şəxsi heyətin milli zəmində sərt təmizlənməsi aparılır. Bütün mümkün vasitələrlə erməmi soyadlı əməkdaşlar işdən azad edilir”.
Sənədi imzalayanların sözlərinə görə, hər şey 2018-ci ildə başlayıb. İlk “təmizləmə” aeroportun iki departamentində – Daşımaların Təşkili Xidməti və Aviasiya Təhlükəsizliyi Xidmətində aparılıb.
“Nəticədə bu iki xidmətdə 70 nəfərdən çox insan işsiz qalıb, onların arasında tənha analar, ailənin yeganə pul qazananı, müharibə veteranları, himayələrində əlillər olan əməkdaşlar və sairə var”, – aeroport əməkdaşları danışır.
Əməkdaşlar öz müraciətlərini “Soçi şəhər aeroportunda ermənnilərin diiskriminasiyasına son qoymaq” xahişi ilə tamamlayıblar:
“Biz sadə işləmək, normal yaşamaq, aiilələrimizi dolandırmaq, övladlarımızın və nəvələrimizin gələcəyinin stabilliyində əmin olmaq istəyirik!”
Soçi aeroportunda nə deyirlər?
Bir çox Ermənistan və bəzi Rusiya media orqanları əməkdaşların şikayətini dəərc edəndən sonra Soçi aeroportundann vəziyyətlə bağlı açıqlama vermık qırarına gəliblər.
Aeroportun mətbuat xidmətinin məlumatında deyilir:
“Həqiqətə uyğun olmayan və şirkət üçün təhqiredici məlumatların KİV-də yayılması ilə əlaqədar Soçi Beynəlxalq Aeroportu rəsmi şəkildə bildirir ki, şirkətin kadr siyasəti bütün normalara və Rusiya qanunvericiliyinin tələblərinə cavab verir”.
Aeroportun bəyanatında bildirilir ki, “aeroport əməkdaşlarının tərkibi çoxmillətlidir və bu, mübahisələndirilməyəcək üstünlükdür”.
Bununla belə işdən azad olunanların ittihamları qəbul edilmir və yaranmış vəziyyətə haqq qazandırmağa çalışılır. Mətbuat xidmətinin məlumatında deyilir ki, bu yaxınlarda əmək müqaviləsi dayandırılmış əməkdaşlar “milli motivdən öz maraqları üçün yararlanırlar”:
“Bu qrupda daxil olan şəxslərin əməlləri yalnız hüquqa zid deyil, həm də milli qarşıdurmanın qızışdırılmasına aparır, bu isə yolverilməzdir”.
Aeroport işçiləri özləri nə danışırlar?
Soçi aeroportunun əməkdaşı Karen Petrosyan deyir ki, müəssisə açıq şəkildə yaxın zamanda yeni əməkdaşlar gözlədiyini bəlli edib:
“Bizə bir nöz sözsüz xəbərdarlıq edirlər ki, sizə işləməyə imkan verməyəcəyik…, yay mövsümünü yola verin. Və işdən qovulmağa hazır olmağımızı istəyirlər – bunun üçün heç bir tutarlı əsas olmadan”.
Hələ işdən azad edilməmiş Karen Petrosyanın sözlərinə görə, əməkdaşlardan keç birinə problemin mahiyyəti izah olunmur:
“Bu milli məsələdir, çünki işdən azad etməyə hazırlaşdıqlarının 90 faizinin soyadı “yan”la bitir. Heç kim problemin mahiyyətini açıqlamır. Sadəcə belə təlimat var – bütün qeyri-rusları yığışdırmaq. Biz bunu belə başa düşürük. Yalnız bizim xidmətdə 20 nəfərə yaxın adamdı”.
Ermənistanda necə reaksiya veriblər?
Hələlik yalnız parlamentin regional və Avrasiyaya inteqrasiya üzrə daimi komissiyasının sədri Mikael Melkumyan rəsmi açıqlama verib.
O deyib ki, müvafiq orqanlar işdənn azad edilmələrin səbəbini aydınlaşdırmalıdır:
“Mən Ermənistanın Rostovdakı baş konsulu Vardan Asoyanla əlaqə saxladım və bu informasiyanı dəqiqləşdirməsini xahiş etdim.
Ermənistan diaspora işləri üzrə komissarının baş ofisinin müvafiq orqanları və Rostovdakı baş konsulluq bunun müzakirə predmeti olması üçün ardıcıl səy göstərməlidir”.
Melkumyann söz verib ki, bu məsələni Dövlət Dumasından olan həmkarları ilə görüşlərdə qaldıracaq.
Diaspora məsələləri üzrə komissarın ofisindən isə hələlik heç bir bəyanat gəlməyib.