Seçkilərə getməsən, evində gey məskunlaşacaq. Rusiyada yeni siyasi reklam
Rusiya sosial şəbəkələrində əhalini 18 mart 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştiraka təşviq edən video-rolik yüz minlərlə baxış yığmaqdadır.
Filmin ehtimal olunan müəllifi “Dablbi” studiyası seçicilərin səsverməyə gəlməyəcəyi təqdirdə Rusiyanı gözləyən xarakterik dəhşətlər dəsti haqda danışır: məktəbli oğlun pioner olub və məktəbin mühafizəsi üçün 4 milyon rubl [təxminən 70 min dollar] ödəməlidir; qaradərili hərbi komissarlığa rəhbərlik edir və 52 yaşlı qəhrəmanı orduda xidmətə aparır; tualetə yalnız xüsusi qrafik əsasında girmək olar. Gey mövzusu da unudulmayıb – ailənin yanında gey məskunlaşdırıblar, partnyorundan ayrı qaldığı üçün məyus olan gey zorla rolikin qəhrəmani ilə yatmalı olacaq.
Bu rolik haqda mediada və sosial şəbəkələrdə çox yazılır və çoxları onun müxalifətçi Anatoli Navalnının kampaniyası ilə bilavasitə bağlı olduğunu ehtimal edir. Sonuncu bütün ölkə boyu aksiyalar keçirərək əhalini tətil etməyə və seçkilərə getməməyə inandırmağa çalışır. Mərkəzi Seçki Komissiyası Navalnının prezidentliyə namizədliyini qeydiyyata almaqdan imtina edib və müxalifətçi bunu seçkilərin hələ başlamazdan əvvəl saxtalaşdırılacağına dair işarə olduğuna əmindir.
““Saxlamaq üçün gey” ümumiyyətlə heç kim üçün heç bir şans qoymur qalsın”, – Rusiyanın «Republic» nəşrinin şərhçisi Oleq Kaşin yazır.
“Bu, hakimiyyətin orta statistik Rusiya seçicisi, onun baxışları və qorxuları, onun mədəniyyəti, onun dili ilə bağlı hakimiyyətin təsəvvürü haqda kinodur.
Əlbəttə, rolikdə gey əvəzinə hansısa ukraynalı radikal olsaydı, daha məntiqli olardı, amma nəyə görə isə geyi seçiblər. Yəqin ona görə ki, qeyri-stabillik qorxuducudur, stabillik lazımdır. Amma görünür ki, məhz bununla bağlı hakimiyyətin o qədər ciddi tərəddüdləri var ki, qeyri-stabilliklə qorxutmamaq qərarına gəliblər.
Əvəzində ordu ilə qorxudurlar. Çağırış qorxusu ən köhnə, ümummilli və daimidir. Halbuki əhalini hakimiyyət tənqidçiləri, pasifistlər, dissidentlər və müxalifətçilər ordu ilə qorxutmalıdır?!
Dövlətin özü (rolikin arxasında məhz hakimiyyətin durduğuna dair heç bir şübhə yoxdur) insanları ordu ilə qorxutduğu zaman, burada tragikomik ziddiyyət ortaya çıxır. Çünki dövlət özü ilə qorxudur və bu qədər qorxunc olduğu üçün qətiyyən utanmır”.