"Salaam Cinema" yerləşdiyi binanı xilas etmək üzrədir
Paylaşmaq
Paylaşmaq
“Salaam Cinema” müstəqil kinoteatrının icarəyə götürdüyü bina yaxın zamanda mədəniyyət və incəsənət abidəsi kimi dövlətin müdafiəsi altına keçə bilər. Binanın sahibləri və icarədarları – andeqraund birlik arasında iki ay davam edən çəkişmə deyəsən, ikincilərin qələbəsi ilə başa çatır.
Bina 1913-cü ildə inşa edilib və orada xrictianlığın xüsusi cərəyanı olan molokanlar ibadət edib.
Bir neçə il əvvəl bina özəlləşdirilib, daha sonra isə sahibi oranı Salaam Cinema-ya icarəyə verib.
2019-cu ilin mayında binanın sahibi binanı təmir edəcəyi səbəbilə kobud şəkildə icarədarlardan məkanı boşaltmaqlarını tələb etdikdə, “Salaam Cinema” binanın söküləcəyindən ehtiyatlanaraq “tarixi abidənin xilası” üzrə kütləvi kampaniya başladıb.
Yüzə qədər gənc binada fasiləsiz növbə çəkib. Onlar binanın tarixi abidələr siyahısına daxil edilməsi üçün müxtəlif dövlət instansiyalarına, o cümlədən də ölkənin birinci xanımına müraciət ediblər. Hakimiyyətdən qeyri-formal təqdir alandan sonra kinoteatr kollektivi binada qalaraq işini davam etdirib.
Azərbaycan Milli Elmlər Akademiyası yanında Memarlıq və İncəsənət İnstitutunun komissiyası binanın müəyyən tarixi dəyərə sahib olduğu və mədəniyyət abidəsi hesab edilə biləcəyi, amma xristianların ənənəvi dua məbədi kimi istifadə edilməsinin mümkün olmadığı qənaətinə gəlib, çünki orada mehrab yoxdur. Bu binada 1917-ci ilə qədər Rusiya pravoslavlığının xüsusi cərəyanı olan molokanlar ibadət edib.
Rəy yekun qərarın qəbul edilməsi üçün Nazirlər Kabinetinə göndərilib.