Saakaşvilinin səhhəti pisləşib. Həkimlər və ombudsmen nə deyir?
Oktyabrın 1-dən həbsdə olan və aclıq elan edən Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin səhhəti kəskin pisləşib. Hüquqşünas Dmitri Sadzaqlişvilinin sözlərinə görə, Saakaşvilinin analizlərində mühüm göstəricilərdən biri düşüb və reanimatoloq yardımına ehtiyac yaranıb. Vəkil hımçinin qeyd edib ki, aclıq fonunda eks-prezidentin sağlamlığı hər an pisləşə bilərdi.
Keçmiş prezidenti Mixail Saakaşvili artıq 25 gündür ki, aclıq edir. Bir neçə gün əvvəl həbsxanada onu həkimlər qrupu ziyarət edib və onun çoxfunksiyalı tibb müəssisəsinə yerləşdirilməsini tövsiyə ediblər, amma Gürcüstanın ədliyyə naziri bildirib ki, üçüncü prezidentin səhhəti pisləşərsə, onu yalnız həbsxana xəstəxanasına köçürəcəklər.
Ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, həbsxana klinikası çoxprofilli xəstəxana meyarlarına uyğun gəlir və aclıq edən mıhbusun səhhətini dəstəkləməyə qadirdir.
Kardioloq Zurab Paqava Mixail Saakaşvilinin səhhətinə nəzarət etmək üçün yaradılan həkimlər şurasını tərk edib. Həkim bildirib ki, konsiliumdan getməyinin səbəbi onun səhhətinin pisləşməsi olub.
Gürcüstanın xalq müdafiəçisi nə deyir?
Xalq müdafiəçisinin xüsusi nümayəndəsi dünən üçüncü prezidentiin köçürülməli olduğu həbsxana xəstəxanasının hazırlığını yoxlayıb.
Gürcüstanın ombudsmeni Nino Lomcariyanın bəyanatında qeyd olunur ki, həbsxana xəstəxanasındakı vəziyyət həkimlər konsiliumunun nəticələrinə və tövsiyələrinə tam müvafiq deyil və orada Saakaşvilinin təhlükəzisliyi üçün bəzi risklər var.
Nino Lomcariyanın 18 saylı tibb müəssisəsinin administrasiyanın və personalının sorğusundan, o cümlədən də infrastruktura və tibbi avadanlıqlara baxışdan sonra gəldiyi nəticələrə görə, müəyyən edilib ki, müəssisə məhbusların (o cümlədən də aclıq edənlərin) tibbi tələbatlarının təmin olunması üçün lazımi resurslara sahibdir.
Amma çoxfunksiyalı həkimlər qrupunun Mixail Saakaşvilinin tələbatları haqda hesabatı birbaşa müəyyən tibbi prosedurları nəzərdə tutur və bunlar təəssüf ki, 18 saylı müəssisədə mümkün deyil. Məsələn, burada maqnit-rezonans tomoqrafiyası, kompüter tomoqrafiyası, dupleks skan mümkün deyil. Həmçinin müəssisədə hazırda reanimatoloq yoxdur, amma administrasiyasının sözlərinə görə, yaxın zamanda müvafiq mütəxəssislərin gələcəyi gözlənilir.
Bəyanatda həmçinin deyilir ki, xalq müdafiəçisi aparatı Mixail Saakaşvilinin yerləşdirilməsi planlaşdırılan palatanı da yoxlayıblar. Ombudsmenin sözlərinə görə, bu müəssisədə digər məhbuslarla maraq münaqişə olan (keçmiş polislər, hərbçilər, rəsmi şəxslər) məhbuslar kateqoriyası saxlanılır. Müvafiq olaraq onların digər məhbuslarla istənilən formada kəsişməsi təhlükə yaradır və penitensiar müəssisə bunun qarşısını almalıdır, əks təqdirdə məhbusun hüquqları pozulacaq.
“İnfrastruktur və mühit müəyyən məhbus qrupları tərəfindən sözlü aqressiya və səs-küyü, sözlü təhqir və ya psixoloji təzyiqi istisna etmir. Ziyarətçilər üçün də Mixail Saakaşvilini ziyarət etmək problemli olacaq, çünki istənilən ziyarətçi, o cümlədən də hüquqşünaslar 8 saylı təcridxananın həyətindən digər məhbusların qaldıqları yerlərin yanından küçməli olacaqlar ki, bu da sözlü konfrontasiya və ya təhqir riskini artırır”, – bəyanatda deyilir.
Ombudsmenin sözlərinə görə, onlar hesab edirlər ki, Ədliyyə Nazirliyi tam və adekvat tibbi xidmət göstərilməsi və təhlükəsizliyin təmin olunması mümkün olan alternativ tibb müəssisələrini seçməlidir.
- “Mişaya azadlıq!” – Tbilisidə on minlərlə insan Saakaşvilinin azad olunmasını tələb edir
- Mixail Saakaşvili haqqında gürcülərə vermək istədiyiniz 6 sual
Saakaşvili oktyabrın 1-də gizli yolla vətənə qayıtdıqdan sonra Tbilisidə həbs olunub.
Gürcüstanın üçüncü presidentinə qarşı bir neçə cinayət işi qaldırılıb, o, artıq bir iş üzrə qiyabi mühakimə olunub və altı il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Eks-prezidenti axtarışda olan şəxs kimi həbs edildikdən sonra Rustavidəki 12 saylı həbsxanaya köçürülüb. Elə həmin axşam o, aclıq elan edib.