Saakaşvili: səhhəti, həbsxana şəraiti, onu nələr gözləyir? Video və suallara cavab
Saakaşvili həbsdə
2021-ci ilin oktyabrından həbsdə olan Gürcüstanın eks-prezidenti Saakaşvili nə durumdadır? Qısa izahlı video
Mixail Saakaşvili 2012-ci ildə hakimiyyətə gələn yeni hakimiyyət orqanları tərəfindən axtarışa verilmiş, daha sonra 2021-ci ilin oktyabrında qanunsuz olaraq ölkəyə qayıdanda həbs edilmiş və 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Hazırda o, ağır xəstədir və 2022-ci ilin may ayından səhhəti pisləşdiyi üçün “Vivamed” özəl klinikasındadır. Məhkəmə Saakaşvilinin səhhətinin ağır vəziyyətinə görə cəzadan möhlət və ya cəzadan azad edilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini rədd edib.
Fevralın 15-də Avropa Parlamenti Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini əfv etməyə və müalicə üçün xaricə köçürməyə çağıran xüsusi qətnamə qəbul edib. Bir çox yerli və Qərb siyasətçiləri, prezidentlər və hüquq müdafiəçiləri eyni çağırışlarla çıxış edirlər.
Səlahiyyətlilər isə deyirlər ki, Saakaşvili “saxtakarlıq edir” və xəstəxana otağında kamera ilə çəkilmiş videoları ictimaiyyətə açıqlayır. Yerli hüquq müdafiəçiləri bunu insan hüquqlarının pozulması hesab edir və bu görüntülərin yayılmasına məhkəmə yolu ilə etiraz etmək niyyətindədirlər.
Saakaşvilinin silahdaşları, ailəsi və onu izləyən bəzi həkimlər onun vəziyyətinin həbsxana şəraitinə uyğun olmadığını və bunun onun həyatı bahasına başa gələ biləcəyini deyirlər.