Şərh. Tramp Putinə Şərqi Avropada Rusiya hərbçilərinin fəaliyyətinə təkbaşına nəzarət imkanı bəxş edir
Prezident Tramp ABŞ-ın “Açıq səma haqqında” Sazişdən çıxmaq niyyətini açıqlayıb. Bu nə sazişdir və Amerika prezidentininaldığı qərarın Qafqaz da daxil olmaqla dünya üçün nəticələri nə olacaq? CNN silahsızlaşdırma üzrə tanınmış mütəxəssis Devid Edelmanın şərhini dərc edib.
“Açıq səma haqqında” Saziş nədir?
“Açıq səma haqqında” Saziş silahlanmaya nəzarıt sahəsində mühüm nailiyyətdir. Bu saziş iştirakçılara silahların azaldılması haqda sazişə əməl olunmasına nəzarət etmək üçün bir-birinin ərazisini havadan yoxlamaq imkanı verir.
İlk dəfə bu cür saziş 1955-ci ildə Amerika prezidenti Dauyt Eyzenxauer tərəfindən təklif edilib, amma yalnız 2002-ci ildə reallığa çevrilə bilib.
Sazişdə 34 ölkə iştirak edir.
“Açıq səma haqqında” Sazişin əhəmiyyəti nədir?
Silahlanmaya nəzarətdən başqa, saziş Ukrayna, Gürcüstan və Şərqi Avropa ölkələri kimi regionlarda Rusiya hərbçilərinin fəaliyyətinə nəzarət etmək imkanı verir.
Bu cür yoxlamalar gedişatında əldə edilən məlumatlar məxfi olmadığı üçün, mediada yayıla və ictimai fikrə təsir edə bilər.
Məsələn, 2018-ci il dekabrın 6-da bu cür yoxlama zamanı əldə olunan məlumatlar Rusiya hərbçilərinin Kerç boğazında Ukrayna gəmilərinə qarşı təcavüzkar əməllər törətdiyini üzə çıxarmağa kömək edib.
Rusiyanın nüvə raketlərinin yerləşdirildiyi Kalininqrad vilayəti ərazisinin nəzarətdə saxlanılması Baltika üçün vacibdir.
Sazişdən çıxmağın təhlükəsi nədir?
“Açıq səma haqqında” Sazişdən çıxmaq ABŞ-ı və müttəfiqlərini Rusiya hırbçilərinin fəaliyyəti haqda mühüm məlumatlardan məhrum buraxacaq. Amma ən təhlükəlisi bu addımın NATO sıralarına gətirə biləcəyi parçalanmadır.
Niyə ABŞ administrasiyası “Açıq səma haqqında” Sazişi tərk etmək istəyir?
Hər kəs bu sazişdən çıxmaq niyyətinin əleyhinə çıxış edib – ABŞ Dövlət Departamenti, Pentaqon, silahlanma sahəsindəki mütəxəssislər. Bu qərarı dəstəkləyən ancaq prezident Trampdır.
Sazişin qüvvədə olduğu 17 ildən sonra ABŞ-ın niyə bu addımı atmaq istədiyi bəlli deyil.
Məqalə müəllifi Devid Edelman bildirir ki, yeganə izah bundan ibarətdir: “Prezident Trampın mühüm beynəlxalq sazişi necə məhv etməyə hazırlaşdığını izlədikcə düşünürəm ki, bu, Vladimir Putin üçün necə də xoş perspektivdir”.