Abxaziyada video-sorğu - "Apsuara" şərəf məcəlləsi nədir və ona əməl etmək lazımdırmı?
Abxaz etnoqrafı, professor Şalva İnal-İpa yazırdı ki, “Apsuara” bir neçə əsr əvvəl yaranan abxaz adət və ənənələrinin toplusudur.
Ötən əsrlərdə qaydalara əməl olunması mütləq idi. Amma JAMnews-un Suxumda keçirdiyi sorğudan məlum olduğuna görə, “Apsuara” hələ də aktualdır və riayət olunması mütləqdir. Hər halda, bu sualın verildiyi adamların hər biri istisnasız olaraq bunu bildirib.