Rusiyanın Baş naziri: Gürcüstanın NATO-ya birləşməsi fəlakət olacaq
“Gürcüstanın NATO-ya birləşməsinin fəlakətli nəticələri olacaq”, – Rusiyanın Baş naziri Dmitri Medvedyev “Kommersant FM” radiostansiyasına müsahibəsində bəyan edib.
“Gürcüstanın Şimali Atlantik alyansına daxil olması dəhşətli münaqişəyə səbəb ola bilər. Başa düşmürəm, o niyə belə etsin ki”.
Medvedyev həmçinin bəyan edib ki, 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsindən “qaçmaq olardı”. Hələ ki müsahibədən çıxarışlar dərc olunub. “Kommersant FM” tam mətni daha sonra qoyacağını vəd edir.
- NATO on il əvvəl Buxarestdə keçirilmiş sammitdə bəyan edib ki, gələcəkdə Gürcüstan və Ukrayna onun üzvləri olacaq.
- İyulun 12-də NATO-nun Baş katibi Yens Stoltenberq alyans liderlərinin Gürcüstanın NATO-ya daxil olması niyyətini dəstəklədiyini təsdiqləyib. Hərçənd o, daxil olma müddətini dəqiqləşdirməyib
- Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Rusiya NATO-nun Ukrayna və Gürcüstan hesabına genişlənməsinə olduqca mənfi münasibət bəsləyir.