Rusiya Dövlət Duması Ukraynaya xarici ödəmə sistemləri vasitəsilə pul köçürmələrini qadağan edən qanun layihəsi qəbul edib.
“Milli ödəmə sistemi haqda” qanuna fiziki şəxslərin Rusiyadan digər ölkələrə pul köçürmələri göndərmək imkanını məhdudlaşdıran dəyişiklik üçüncü oxunuşdan qəbul edilib.
Qeyd edilir ki, bu, Kiyevin ölkə daxilində Rusiya ödəmə sisteminin fəaliyyətinə qadağa qoymasına cavabdır.
Sənəd istənilən ölkənin öz ərazisində Rusiya ödəmə sisteminin və ya ödəmə infrastrukturunun xidmət operatorlarının fəaliyyətini məhdudlaşdırmaq haqda qərarına qarşı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Bu təbdir bu kimi ölkələrin sakinlərini faktiki olaraq Rusiyadan qeyri-bank köçürmələrini, həmçinin elektron pullardan istifadə olunmaqla köçürmələri almaq imkanından məhrum edir.
Nəzərə alsaq ki, qadağanın tətbiqinin səbəbi məhz belə sistemlərin fəaliyyətinin məhdudlaşdırılmasıdır, faktiki olaraq pul köçürmələri bloklanmış olur.
Martın 16-da Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya kapitallı banklara qarşı sanksiyaların tətbiqi haqda qərarını işə salıb.
Bu qərara əsasən, bir illik sanksiyalar “Sberbank”, “BiEc Bank”, “Səhmdar Kommersiya Sənaye-İnvestisiya Bankı”, “BTB Bank”, “BM Bank” kimi banklara tətbiq edilib ki, bu bankların onunla əlaqəli olan şəxslərin xeyrinə Ukrayndan kənara kapital çıxarışının qarşısı alınsın.
UMB Şura üzvü qeyd edib ki, RF bankları Ukraynadakı törəmələrindən kapital çıxarışı edə bilməyəcək.
Daha sonra Ukrayna Milli Bankından bildiriblər ki, Ukraynadakı Rusiyanın dövlət kapitallı bütün banklar satışla bağlı danışıqlar aparır.