Rusiyadakı etiraz aksiyalarında 1500-dən çox adam saxlanılıb
Mayın 5-də Rusiyanın 90 şəhərində ölkədə hakimiyyətin dəyişməməsinə qarşı “O, bizim üçün padşah deyil” şüarlı etiraz aksiyaları baş tutub. Aksiyaları Rusiya müxalifətinin lideri Aleksey Navalnının qərargahı təşkil edib. Etirazlar mayın 7-də baş tutacaq Rusiya prezidenti Vladimir Putinin növbəti inauqurasiya mərasimi ərəfəsində başlayıb.
Ən genişmiqyaslı mitinqlər Moskva, Sankt-Peterburq və Yekaterinburqda keçirilib. Rusiya paytaxtında etirazçıların sayı təxminən 6-7 min nəfər, Peterburq və Yekaterinburqda daha az olub.
Bütün Rusiya boyu 1348 adam saxlanılıb. Onlardan 572 nəfəri Moskva aksiyasının keçirildiyi Puşkin meydanında saxlanılıb, “ОВД-инфо” hüquq müdafiəsi təşkilatı xəbər verir.
Aleksey Navalnı mitinqə gələndən bir neçə dəqiqə sonra saxlanılıb.