Rusiyada koronavirusun qəribə statistikası: çox yaxşı səhiyyə və ya Putin hakimiyyətdə qalmaq istəyir?
Rusiyada koronavirus statistikası dünya trendindən kəskin fərqlənir. Covid-19-un ən geniş yayıldığı ölkələrdə bir milyon əhalidən 300-500 nəfər ölürsə, Rusiyada bu rəqəm cəmi 16 nəfərdir. Bu qəribə uyğunsuzluğun səbəbi nədir?
Hökumət səbəbi yaxşı səhiyyə və geniş testdən keçirilmədə görür. Amma bir çox Rusiya və xarici media və ekspertlər nikbin Rusiya statistikasına şübhə ilə yanaşır və bu rəqəmlərdə daha çox siyasi kontekst görürlər.
Populyar versiya ondan ibarətdir ki, hökumətə 2020-ci ilin iyununa qədər, Vladimir Putini faktiki olaraq həmişəlik hakimiyyətdə saxlayacaq konstitusiyaya ediləcək dəyişikliklər üçün referendumda dəstəyi sığortalamaq üçün “müsbət” statistika lazımdır.
- «Hərarətim 37,5-dir. Nə etməli?» Moskvada koronavirusdan sağalmaq üçün pulun və adamın olmalıdır. İnsan hekayəsi
- Ermənistan yoluxmaların sayına görə regionda niyə lider oldu?
- Dünya karantindən çıxır: kim və necə. Foto/video
Yoluxma və ölümlərlə bağlı Rusiya və dünyadakı statistikanın müqayisəli rəqəmləri
Rusiyada mayın 15-nə qədər 260 min nəfər koronavirusa yoluxub. Onlardan 2,418-i vəfat edib.
İspaniyada 270 min nəfər yoluxub, onlardan 27 min nəfərdən çoxu vəfat edib.
Böyük Britaniyada 230 mindən çox yoluxma olub, 33 mindən çox adam vəfat edib.
Koronavirusdan ölümü müxtəlif ölkələrdə müxtəlif cür hesablayırlar
Bəzi ölkələrdə koronavirus aşkarlanmış hər kəs, ölüm səbəbindən asılı olmayaraq bu siyahıya daxil olur. Başqa ölkələr bu statistikanı bölürlər. Buna baxmayaraq, heç yerdə Rusiyada olduğu kimi heyrətləndirici təzad yoxdur.
“The New York Times” COVID-19-dan real ölüm səviyyəsi ölçmək üçün yetərincə dəqiq metod təklif edib, 2020-ci ilin və digər illərin eyni aylarda ölümün ümumi statistikasının müqayisəsi.
Nəticədə məlum olub ki, Avropanın 17 ölkəsində həmçinin Türkiyə və Nyu-Yorkda
Amma Rusiyada yox.
«Əgər bir gündə bir xəstəxanada bir nəfər ölürsə, bütün ölkə üzrə ölüm yüzlərlə olmalıdır»
Rusiyanın “Meduza” nəşri Moskvanın böyük COVID mərkəzlərindən birinin həkimi ilə müsahibədən sitat gətirir (anonim müsahibə).
«Bizim morq aşıb daşır. Administrasiya məlumat verib ki, artıq ölənlərin cəsədləri dərhal [yarılmağa], Kommunarkaya [xəstəxanaya] göndərilir. Hər gün dərc olunan yalançı statistikanın ən əyani sübutu. Mən də istəmədən bu yalanın iştirakçısı oluram.
Orta hesabla bir növbə zamanı mənim şöbəmdə 1,5 nəfər ölür. Əgər məndə bir nəfər ölürsə, bütün ölkə üzrə yüzlərlə olmalıdır».
Gündəlik statistika dəyişmirsə – bu, nə deməkdir?
Rusiyada pandemiyanın gedişat statistikası mütəxəssislərdə qeyri-adi sabitliyi ilə də şübhələr yaradır.
Belə ki, Krasnodar vilayətində yeni virus daşıyıcılarının aşkarlanması 4 maydan demək olar ki, dəyişməyib, o vaxt 96 nəfər idi. O vaxtdan bu rəqəm sanki donub qalıb: 97 yeni yoluxma, 99, sonra 98, sonra yenə 99 və sonra yenə 98.
Bu cür sabit rəqəmlər pandemiyanın episentri olmuş Moskvada da dərc olunur, böyük zaman kəsiyində sutka ərzində 11 000 yeni yoluxma, ölüm 56 nəfərdən artıq olmur.
Rusiyanın dünyada yoluxma sayına görə artıq üçüncü olmasına baxmayaraq, özünütəcrid artıq tələb kimi qoyulmur, həkim və mütəxəssislər isə sayın kəskin azaldıldığını bildirir. Фото Alexis Fauvet
Əhalini narahat etməmək üçün
Siyasi coğrafiya üzrə mütəxəssis Sergey Şpilkin Azadlıq radiosuna açıqlamasında bildirir ki, şübhə doğuran “sabit” regionlarda ən azı məlumatların minimal dispersiyası, başqa sözlə real statistikaya xas olan eniş-qalxışlar yoxdur.
Onun versiyasına görə, məlumatlarla mümkün manipulasiyanın məqsədi koronavirusa yoluxmanın kəskin artımı barədə məlumat verməmək istəyi ola bilər.
Əvəzində xəbər hazırlayan məmurlar aşkar olunan yoluxmaların yığılan sayını bir qədər uzada bilər – məsələn, rəqəmlər mümkün qədər uzun müddət Krasnodar vilayətində olduğu kimi, gündə 100 yeni yoluxmanı keçməsin.
Pandemiya fonunda səsvermə
Rusiya hakimiyyəti sosail şəbəkələrdə çoxsaylı publikasiyalara heç bir reaksiya vermirdi, bu publikasiya müəllifləri onların və ya qohumlarının koronavirus testindən imtina etməkləri barədə danışırdılar.
Bundan başqa, koronavirus diaqnozu olmasına baxmayaraq, ölüm şəhadətnaməsində ölüm səbəbi kimi istənilən başqa diaqnozun veridlyi barədə də çox sayda publikasiya var.
Hakimiyyət ilk dəfə ancaq “Financial Times”ın publikasiyasına reaksiya verdi, burada da bildirilirdi ki, Rusiyada koronavirusa yoluxma və ölüm statistikası 70 faiz azaldılır.
Baş nazir müavini Tatyana Qolikova dərhal mətbuat konfransı toplayaraq bildirdi ki, Rusiyanın statistikası doğrudur, heç bir manipulyasiya da həyata keçirilmir.
Aşağı ölüm faizi – parlaq profilaktikanın nəticəsidir, Qolikova bildirdi.
Müstəqil jurnalistlər və ekspertlər Rusiyanın “parlaq” statistikasını başqa cür izah edir – hakimiyyətin siyasi planları ilə.
Aprelin 22-nə ölkə konstitusiyasına dəyişikliklərlə bağlı səsvermə təyin edilmişdi, məqsəd Vladimir Putinin idarəçiliyini demək olar ki, ömürlük etmək idi.
Pandemiyaya görə səsvermə təxirə salındı. İndi də hakimiyyət onu iyunda keçirməyi planlaşdırır. Amma bunun üçün əvvəlcə koronavirus üzərində qələbə çalındığını elan etmək lazımdır.
Mayın 11-də Vladimir Putin pandemiya ilə bağlı olan məhdudiyyətlərin tədricən aradan qaldırılacağını elan etdi. Mayın 12-dən əhalinin böyük hissəsi işə çıxdı.
Artıq iki gün sonra isə Rusiya statistikası xəstələnən və ölənlərin sayında azalmanı qeydə aldı.