Rusiya səfirliyindən götürülən kokain yandırılıb, suallar isə açıq qalıb
389 kiloqram kokain Buenos-Ayresdə krematoriyada məhv edilib. Bu narkotik partiyası 14 ay əvvəl Rusiyanın Argentinadakı səfirliyinə məxsus binada aşkarlanıb.
Yandırılma mərasimi təntənəli şəraitdə keçirilib, Rusiya səfiri və Argentinanın təhlükəsizlik naziri heroin bağlamalarını şəxsən sobaya atıblar.
Rusiya və Argentina hakimiyyətlərinin versiyasına görə, 2018-ci ilin mayında Rusiyanın bu ölkədəki səfiri Viktor Koronelli aşkarladıqları haqda Təhlükəsizlik Nazirliyinə bildirib. Müştərək polis əməliyyatı keçirilib və bu zaman kokain unla əvəz edilib. Yük Moskvaya göndərilib, orada narkotrafik təşkilatçılarından üç nəfər həbs olunub, dördüncüsü isə Almaniyada saxlanılıb və Rusiyaya təhvil verilib.
Rəsmi versiyaya görə, cinayətkar qrupun yaradıcısı Rusiya səfirliyinin texniki işçisidir.
Amma bu hekayədə daha yüksək vəzifəli məmurların adları da hallanır. Yük uzun müddət Rusiya səfirliyində saxlanılıb və nəhayət, Argentinada rəsmi səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin təyyarəsi ilə Moskvaya göndərilib.
Qeyd etmək lazımdır ki, Rusiya səfirliyinin ərazisində aşkarlanan narkotik qalmaqalından sonra Rusiyanın Argentinadakı səfiri Viktor Koronelli dəyişdirilib.