Rusiyada Navalnının azad edilməsi tələbilə yeni etiraz aksiyaları. Foto, video
Rusiyanın hər yerində yanvarın 31-də həbsdə olan müxalifət lideri Aleksey Navalnının azad edilməsi tələbilə etiraz aksiyaları keçirilib.
Hakimiyyət plisi və Rusiya qvardiyasını səfərbər edib, etirazçılar kütləvi şəkildə saxlanılıb.
Rusiyanın «Новая газета» nəşrinin yazdığına görə, Moskva vaxtı ilə saat 16:40-da bütün ölkədə 3 min nəfərdən çox insan saxlanılıb.
Saxlanılanlar arasında jurnalistlər və foto-müxbirlər də var.
Moskvada hakimiyyət əvvəlcədən şəhərin mərkəzini bağlayıb – metra stansiyaları işləməyib, avto-nəqliyyat, hətta piyadalar ora buraxılmayıb.
Rusiyanın kommunikasiyaların nizamlanmasına cavabdeh olan “Roskomnadzor” qurumu etiraz aksiyalarının iştirakçılarının sayı ilə bağlı “yanlış” məlumatlar yayan bütün media orqanlarının cərimələnəcəyi haqda bəyanat səsləndirib.
Moskvada etirazçılar Navalnının saxlanıldığı “Matrosskaya tişina” həbsxanasına doğru yürüyüblər.
Aksiya iştirakçılarının çoxu orada həbs edilib.
Там были задержаны многие участники акции.