Roma Papası dünyanı qaçqın və miqrantları dəstəkləməyə çağırıb
Dekabrın 24-də Vatikanda Müqəddəs Pyotr kilsəsində Roma Papası Fransiskin də iştirakı ilə Milad ayini keçirilib. Öz çıxışında o, miqrant və qaçqınları dəstəkləməyə çağırıb.
Papa bütün katoliklərə xatırladıb ki, onların inancı başqa ölkələrdən gələnlərə yaxşı münasibət göstərməyi vacib hesab edir. O, həmçinin vurğulayıb ki, miqrantların bir çoxu vətənindən öz iradəsi ilə getməyib. Papanın sözlərinə görə, bir çox siyasi liderlər “çox rahatlıqla öz ölkəsinin vətəndaşlarının qanını axıdırlar”.
Özü Argentinada italyan ailəsində doğulan katolik kilsəsinin rəhbəri dəfələrlə qaçqın və miqranları dəsdəkləyən çıxışlar edib. 2017-ci ilin aprelində o, qaçqınların saxlanıldığı əksər mərkəzlərin konsentrasiya düşərgələrinə bənzədiyini bəyan edib və Avropa liderlərini bu problemi həll etməyə çağırıb.
BMT-nin məlumatına əsasən 2017-ci ildə 160 minə yaxın insan Avropada ola blməkdən ötrü Aralıq dənizini keçmək üçün həyatını riskə atıb. Onlardan üç min nəfərə yaxını həyatını ititib.