Roma Papası Bakıda
Roma Papasının Bakıya bir günlük səfəri başa çatıb. Əvvəlcədən deyək ki, bu hadisə publika tərəfindən o qədər də böyük sevinclə qarşılanmadı.
Bir gün ərzində Papa Bakı katolik kilsəsində messa keçirib, prezident və rəsmi şəxslərlə, o cümlədən Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Bu hadisəni ölkənin əsas “rəsmi mətbuatı işıqlandırıb.
Daha sonra söhbətin mövzusu Azərbaycan xalqının misilsiz tolerantlığı, həm də Papanı narahat edən dünyada şərin yayılması olub.
Cəmiyyət
Geniş ictimaiyyətə gəlincə, Papanın səfər etməsi xəbəri soyuq qarşılandı. Azərbaycanda çoxluq təşkil edən müsəlmanlar arasında “Bundan bizə nə? əhvalı daha çox yayılmışdı. Sosial şəbəkələrdə: “Papanı gətiriblər ki, cadu duanı tapsın, görək haradan çıxır – kimi şərhlər üstünlük təşkil edirdi. Bəziləri qədim əlyazmaların bərpası layihəsinə eyham vurur, bu layihədə Azərbaycanın birinci xanımının başçılıq etdiyi Heydər Əliyev Fondu 2014-cü ildə Vatikana kömək edib: “Bu səfərdən sonra bir neçə milyarda yenə də hansısa qədim katolik əşyasını azərbaycanlı vergi ödəyicilərinin hesabına təmir etdirəcəklər.
Təbii ki, messada iştirak edənlərin təəssüratları tam fərqliydi: “Bu gün Roma Papası Fransisk üstümə “müqəddəs su çilədi və üç dəfə düz yanımdan keçdi. Düzü, messadan sonra belə dillə ifadə olunmayan hisslər keçirəcəyimi bilmirdin, amma nə qədər qəribə olsa da bu hissləri yaşadım.
Tolerantlıq
Katolik icmasının nümayəndələri, elə digər dini icmaların (pravoslav, yəhudi dini) nümayəndələri kimi mütəmadi olaraq Azərbaycan hökumətini bütün dinlərin sülh şəraitində yaşaması və hər hansı ayrı-seçkiliyin olmamasına görə təşəkkür edirlər.
Amma Azərbaycan cəmiyyətinin tolerantlığı heç də islamdan başqa digər dinlərin işlərinə böyük marağından xəbər vermir. Gündüz Ağayevin polisin azərbaycanlıları Papanı qarşılamağa qovmasını təsvir edən və ümumi fikri ifadə edən karikaturası da bundan xəbər verir.
Dərc olunub 03.10.2016