Səhər saat 07:00-dan qaçış iştirakçıları Yerevanın İdman-Konsert Kompleksinin qarşısında toplaşmağa başladılar. “Run Armenia layihəsi Yerevan meriyasının dəstəyilə artıq ikinci ildir ki, bu tədbiri təşkil edir.
Tədbirdə ancaq 14 yaşı tamam olanlar iştirak edə bilərdi, bununla belə əksər valideynlər öz uşaqları ilə birlikdə qaçırdılar – onları da ümumi “rəngarəng əhvala “boyamaq” istədilər.
08։30 Rəngarəng qaçış iştirakçıları isinmə hərətləri edir
09։00 Qaçışa start verilir
Bütün qaçış boyu iştirakçıları təhlükəsiz boya ilə rəngləyirdilər, finişdə isə onlar artıq öz dostlarını tanıya bilmirdilər.
10։10 Finişə birinci çatan üç oğlan və qız mükafatlandırıldı
10։20 Musiqi “atəşfəşanlığı” başlandı
Rəngarəng qaçışın məqsədi gənclər arasında sağlam həyat tərzi və qaçış mədəniyyətinin populyarlaşdırılmasıdır.
Bu il tədbir hamıya yaxşı əhval bağışlamaqdan başqa, 1988-ci ildə baş verən zəlzələdən sonra evsiz qalan Gümri sakinlərinə xeyir gətirəcək. Tədbirdən alınan bütün gəlir onların problemlərinin həllinə sərf olunacaq.