“Qazprom” Cənubi Osetiyanı qazlaşdırır
Rusiyanın ən iri qaz şirkəti olan “Qazprom” 2019-cu ilin sonuna qədər Cənubi Osetiyanın tam qazlaşdırılmasını öz üzərinə götürüb.
Bununla yanaşə təbii qazın qiyməti bugünkü kubmetrinə görə 4.27 rubldan [təxminən 0,07 dollar] kubmetrinə görə 5.47 rubla [təxminən 0.09 dollar] qədər yüksələcək, yəni hazırda Şimali Osetiya sakinlərinin ödədiyi qiymətə olacaq.
Bu razılaşma Cənubi Osetiya prezidenti Anatoli Bibilovla “Qazprom” rəhbəri Aleksey Millerin Moskvada baş tutmuş görüşündə əldə edilib, – Cənubi Osetiya prezidentinin mətbuat xidməti məlumat verir.
“Sentyabrda “Qazprom”la saziş imzalanacaq və növbəti ildən respublikanın qazlaşdırılması başlayacaq. “Qazprom” Cənubi Osetiya ərazisində 2,5 milyard rubldan artıq [təxminən 415 milyon dollar] məbləğdə qaz şəbəkəsini maliyyələşdirməyə hazırdır”, – Anatoli Bibilov jurnalistlərə deyib.
Bu gün Cənubi Osetiyada yalnız Sxibval sakinləri qazla təmin olunub.
Respublikaya qaz Rusiyadan 2007-2009-cu illərdə inşa edilmiş Dzuarikau-Sxibval magistral qaz xətti vasitəsilə daxil olur.