Bakı Qarabağda atışma və həlak olanlar haqda bildirib, Yerevanda belə bir informasiya yoxdur
Azərbaycanın Müdafiə Nazirliyi dekabrın 27-də ikinci Qarabağ müharibəsi (2020-ci il 27 sentyabr – 10 noyabr) nəticəsində Azərbaycan ordusunun nəzarəti altına keçən Dağlıq Qarabağın Xocavənd rayonunda Azərbaycan və Ermənistan hərbçiləri arasında atışma baş verdiyi haqda məlumat yayıb.
Ermənistanın Müdafiə Nazirliyi onlarda belə bir informasiyanın olmadığını və Ermənistan qüvvələrinin atəşkəs rejiminə ciddi riayət etdiyini bildirib.
2020-ci il sentyabrın 27-də başlayan ikinci Qarabağ müharibəsi 45 gün sonra, noyabrınn 10-da Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanan sülh razılaşması ilə başa çatıb. Razılaşma Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasını; Rusiya sülhməramlılarının regionda yerləşdirilməsini; əsirlərin dəyişirilməsini və qaçqınların qaytarılmasını nəzərdə tutur.

Azərbaycanın məlumatına əsasən, hadisə Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində baş verib və “Azərbaycan Ordusunun bölmələrinə hücum edən qanunsuz erməni silahlı qruplaşması və ya ərazidə qalan altı nəfərlik dəstə tərəfindən törədilib”
- Türkiyə hərbçiləri Qarabağda yerləşmək üçün Azərbaycana gəlib
- Ermənistan əraziləri Azərbaycana verməkdə davam edir? Sərhədyanı vilayət sakinlərinin etirazı
Azərbaycan ordusunun bir əsgərinin həlak olduğu, bir nəfərin yaralandığı və “qanunsuz erməni silahlı dəstəsinin altı üzvünün məhv edildiyi” bildirilir.
Azərbaycanın sosial şəbəkələrində yazırlar ki, hücum qazılmış tuneldən həyata keçirilib.
Sosial şəbəkələrdə erməni silahlılarının Zəngilan istiqamətində də Azərbaycan ordusunun hərbi hissələrinə hücum etdiyi haqda təsdiqlənməmiş informasiya yayılıb.
Azərbaycanın Müafiə Nazirliyindən bildirilib ki, Toq (Tuq) Azərbaycan SQ-nin nəzarəti altındadır və Ermənistan tərəfindən orada hər hansı fövqəladə hadisə törədildiyi qeydə alınmayıb.
“Ermənistan tərəfi əlavə məlumat almağa çalışır, Azərbaycanın informasiya təxribatı ilə üz-üzə olduğumuzun mümkünlüyü də istisna edilmir”, – Ermənistanın Müdafiə Nazirliyinin məlumatında deyilir.
Üçtərəfli razılaşma imzalanandan sonra bu, Qarabağda atəşkəsin pozulması ilə bağlı ikinci hadisədir. Bundan əvvəlki hadisə 15-16 dekabrda təxminən elə bu rayonda baş verib və hər iki tərəf, o cümlədən də Rusiya sülhməramlıları hadisəni təsdiqləyib.