Qafqazda koronavirus. 4-6 aprel, 2020
-
Azərbaycanda 39 yeni yoluxma halı, gün ərzində ümumilikdə 57
12 nəfərin sağaldığı haqda da məlumat daxil olub və sağalan xəstələrin sayı ümumilikdə 44 nəfərə çatıb.
Epidemiyanın əvvəlindən ölkədə 641 nəfər virusa yoluxub, yeddi nəfər vəfat edib.
Azərbaycanda yeni sərt məhdudiyyətlər, o cümlədən də hərəkət məhdudiyyəti qüvvəyə minib – ölkə sakinləri evdən çıxmamışdan əvvəl hakimiyyəti sms-lə məlumatlandırmalıdırlar.
• Azərbaycanda koronavirusla necə mübarizə aparırlar və tətbiq edilən tədbirlər işə yarayırmı?
-
Gürcüstanda Tbilisidə dənizçilik hospitalında çalışan iki tibb bacısı yoluxub
Onları müalicə üçün Birinci Universitet Klinikasına çatdırıblar. Bildirilir ki, onlar özlərini yaxşı hiss edirlər.
Klinika bir neçə saat müddətində xəstə qəbulunu dayandırıb. Dezinfeksiya keçiriləndən və əməkdaşlara koronavirus testi ediləndən sonra hospital işinə davam edib.
Ümumilikdə koronavirusa yoluxanların sayı 188 nəfərə çatıb.
Onlardan 36 nəfəri sağalıb. İki nəfər ölüb.
5,056 nəfər karantində, 386 nəfər xəstəxanada nəzarət altındadır.
Virusa yoluxan xəstələrdən 23-də pnevmoniya kəskinləşib. Birinci Universitet Klinikasında müalicə olunan bir pasiyentin vəziyyəti kritikdir. Həkimlər bildirirlər ki, onun xroniki xəstəlikləri var.
Martın 21-dən Gürcüstanda fövqəladə vəziyyət elan olunub, martın 31-dən isə komendant saatı tətbiq edilib.
-
Azərbaycanda 18 yeni yoluxma halı, ümumilikdə 602 oldu
Rəsmi məlumata görə, bütün yeni yoluxma halları Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.
Azərbaycanda peyvənd başlayandan bəri yeddi nəfər koronavirusdan dünyasını dəyişib, 32 nəfər sağalıb.
Azərbaycanda gücləndirilmiş rejim elan olunub. Metro bağlanıb, amma avtobuslar işləyir. Ərzaq mağazaları və apteklərdən başqa əksər müəssisə, ofis və restoranlar bağlanıb.
Əhalidən evdə qalmaq tələb olunur. Aprelin 5-dən ölkə sakinlərinin hərəkətinə sərt məhdudiyyət tətbiq ediləcək – evdən çıxmazdan əvvəl vətəndaşlar hakimiyyəti sms-lə məlumatlandırmalı olacaqlar.
Karantin rejiminin pozulmasına görə cərimə nəzərdə tutulub.
-
Ermənistanda səkkizinci ölüm və 11 yeni yoluxma halı
Ölən xəstəninn 68 yaşı olub və onda bir neçə xroniki xəstəlik diaqnoz edilib. Həmçinin Ermənistanda yeni 11 yoluxma haqlı qeyd olunub. Bu, epidemiya səviyyəsinin aşağı düşməsi ilə bağlı ümid yaradır.
Aprelin 5-də Ermənistanda 52 yeni yoluxma halı təsdiqlənmişdi.
Baş nazir Nikol Paşinyan bildirib ki, “ciddi inkişafa nail olunub və karantin rejiminə əməl etmək lazımdır ki, yeni yüksəlişin qarşısı alınsın və əvvəlki həyat tərzinə qayıtmaq mümkün olsun”.
16-dan aprelin 14-ə qədər Ermənistanda fövqəladə vəziyyət elan edilib. Ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Gürcüstanda 18 yeni yoluxma halı
Ümumilikdə koronavirusa yoluxanların sayı 188 nəfərə çatıb.
Onlardan 36 nəfəri sağalıb. İki nəfər ölüb.
5,056 nəfər karantində, 386 nəfər xəstəxanada nəzarət altındadır.
Virusa yoluxan xəstələrdən 23-də pnevmoniya kəskinləşib. Birinci Universitet Klinikasında müalicə olunan bir pasiyentin vəziyyəti kritikdir. Həkimlər bildirirlər ki, onun xroniki xəstəlikləri var.
Martın 21-dən Gürcüstanda fövqəladə vəziyyət elan olunub, martın 31-dən isə komendant saatı tətbiq edilib.
-
Azərbaycanda koronavirusdan iki yeni ölüm halı
Azərbaycanda daha iki COVID-19 koronavirusuna yoluxmuş xəstə ölüb. Beləliklə, ölkədə bu virusdan ölənlərin ümumi sayı yeddi nəfərə çatıb.
Son iki ölüm halı haqda məlum olanlar: onlardan biri şəkərli diabetdən əziyyət çəkən 89 yaşlı kişi, digəri isə şəkərli diabet və ürək xəstəliyindən əziyyət çəkən 64 yaşlı kişi olub.
Aprelin 5-ə olan rəsmi məlumata əsasən, ölkədə yoluxanların ümumi sayı 584 nəfərdir.
-
Azərbaycanda 63 yeni yoluxma halı, ümumilikdə 584 oldu
Azərbaycanda epidemiya başlayandan koronavirusdan beş nəfər ölüb, 32 nəfər sağalıb.
Azərbaycanda gücləndirilmiş rejim elan olunub. Metro bağlanıb, amma avtobuslar işləyir. Ərzaq mağazaları və apteklərdən başqa əksər müəssisə, ofis və restoranlar bağlanıb.
Əhalidən evdə qalmaq tələb olunur. Aprelin 5-dən ölkə sakinlərinin hərəkətinə sərt məhdudiyyət tətbiq ediləcək – evdən çıxmazdan əvvəl vətəndaşlar hakimiyyəti sms-lə məlumatlandırmalı olacaqlar.
Karantin rejiminin pozulmasına görə cərimə nəzərdə tutulub.
-
Gürcüstanda ikinci ölüm halı
81 yaşlı qadın COVID-19 virusundan Birinci Universitet Klinikasında vəfat edib. Klinika rəhbəri Levan Ratianinin sözlərinə görə, o, daha əvvəl miokarda infarktı keçirib, ürək çatışmazlığından və hipertoniyadan əziyyət çəkib.
Aprelin 4-də Gürcüstanda koronavirusdan ilk ölüm halı qeyd edilib. Marneulidən olan 79 yaşlı qadın vəfat edib. O, koronavirusa yoluxan yerli sakinlərdən ibarət qrupa daxil olanlardan biri idi.
Bu daxili yoluxma hadisəsi martın 23-dən Marneuli və Bolnisi şəhərlərinin tam təcrid edilməsinə səbəb olub.
Gürcüstanda epidemiya başlanandan ümumilikdə 170 nəfər xəstələnib, onlardan 36 nəfəri artıq sağalıb.
Martın 21-dən Gürcüstanda fövqəladə vəziyyət elan olunub, martın 31-dən isə komendant saatı tətbiq edilib.
-
Ermənistanda 52 yeni yoluxma halı, ümumilikdə 822 oldu
Ermənistanda epidemiya başlayandan yeddi nəfər ölüb, 57 nəfər sağalıb.
-
Gürcüstanda 14 yeni yoluxma halı, onlardan biri yeniyetmədir
Onlardan 36 nəfər sağalıb, bir nəfər ölüb.
23 xəstədə pnevmoniya kəskinləşib.
5,067 nəfər karantindədir, 330 nəfər isə xəstəxanada nəzarət altındadır.
Yeni yoluxanlardan biri 13 yaşlı yeniyetmədir. Həkimlərin sözlərinə görə, o, özünü yaxşı hiss edir.
Son zamanlarda Qərbi Gürcüstanın bir neçə rayonuna səfər edən 33 yaşlı idmançının da koronavirusa yoluxduğu təsdiqlənib. Onun ağciyərləri iltihablanıb və o, harada yoluxa biləcəyini bilmir. Epidemioloqlar onun təmasda olduğu insanların çevrəsini müəyyən etməyə çalışır.
-
Azərbaycanda 78 yeni yoluxma halı, ümumilikdə 521 oldu
Azərbaycanda epidemiya başlayandan koronavirusdan beş nəfər ölüb, 32 nəfər sağalıb.
Azərbaycanda gücləndirilmiş rejim elan olunub. Metro bağlanıb, amma avtobuslar işləyir. Ərzaq mağazaları və apteklərdən başqa əksər müəssisə, ofis və restoranlar bağlanıb.
Əhalidən evdə qalmaq tələb olunur. Aprelin 5-dən ölkə sakinlərinin hərəkətinə sərt məhdudiyyət tətbiq ediləcək – evdən çıxmazdan əvvəl vətəndaşlar hakimiyyəti sms-lə məlumatlandırmalı olacaqlar.
Karantin rejiminin pozulmasına görə cərimə nəzərdə tutulub.
-
Ermənistanda 34 yeni yoluxma halı, ümumilikdə 770 oldu
Ermənistanda epidemiya başlayandan yeddi nəfər ölüb, 43 nəfər sağalıb.
Rəsmi məlumata əsasən, aparılmış 3,477 test neqativ nəticə verib.
Koronavirusun daha çox yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan aprelin 14-ə qədər Ermənistanda fövqəladə vəziyyət elan edilib. Ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Gürcüstanda ilk ölüm halı
Aprelin 4-də Gürcüstanda koronavirusdan ilk ölüm halı qeyd edilib. Marneulidən olan 79 yaşlı qadın vəfat edib. O, koronavirusa yoluxan yerli sakinlərdən ibarət qrupa daxil olanlardan biri idi.
Bu daxili yoluxma hadisəsi martın 23-dən Marneuli və Bolnisi şəhərlərinin tam təcrid edilməsinə səbəb olub.
Gürcüstanda epidemiya başlanandan ümumilikdə 156 nəfər xəstələnib, onlardan 28 nəfəri artıq sağalıb.
Martın 21-dən Gürcüstanda fövqəladə vəziyyət elan olunub, martın 31-dən isə komendant saatı tətbiq edilib.
-
Gürcüstanda 8 yeni yoluxma halı, biri “təcili yardım” həkimidir
Ümumilikdə epidemiya başlayandan 156 nəfər xəstələnib, onlardan 28 nəfəri sağalıb Tbilisidə “təcili yardım” həkimində COVID-19 virusu aşkarlanıb. O, öz həyat yoldaşından yoluxub.
Həyat yoldaşı Milli Bankın koronavirusa yoluxan yeddi əməkdaşından biridir. Versiyalardan birinə görə, bu, pul əskinasları ilə təmas nəticəsində baş verib. Yoluxmuş həkimin işlədiyi təcili yardım şöbəsi bağlanıb.
Epidemioloqlar onun təmasda olduğu insanların siyahısını hazırlamağa çalışırlar. Martın 31-də o, bütün günü növbədə olub.
5,526 nəfər karantində, 344 nəfər isə xəstəxanada nəzarət altında saxlanılır.
Martın 21-dən Gürcüstanda koronavirus pandemiyasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb, ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır. İnsanlara xüsusi ehtiyac olmadıqca evdən çıxmaq qadağan edilib.
Martın 23-dən daxili koronavirus epidemiyası təhlükəsi üzündən Marneuli və Bolnisi şəhərlərinə giriş və çıxışlar bağlanıb.
Martın 31-dən bütün Gürcüstan ərazisində komendant saatı tətbiq edilib.
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin ötən xronikası