Qadın avtomexanikin hekayəsi. Bakıdakı emalatxanadan video
Nüşabə avtomexanik yanına şagird kimi düzələndə artıq iki uşaq anasıydı – qohumlarına bu haqda deməkdən qorxurdu. Bunu aşağıdakı kimi izah edir.
Seçdiyi iş Azərbaycanda “kişi sənəti” sayılır, amma Nüşabə çıxdaş olmayıb, əksinə, bu işdə məşhurlaşıb. Onu yaxşı “korobka ustası” kimi tanıyırlar, Bakıda sürət qutusu üzrə avtomexanik mütəxəssisləri belə adlandırırlar. Nüşabə jurnalistlərlə danışmağa alışıb: tez-tez müsahibə verir.
Nüşabə deyir ki, “ekzotik” sənət onun xarakterinə təsir edib – daha sərt və kobud olub: “Hamının üzünə gülüb, nəzakətli olsam, burada çox işləyə bilməyəcəm”. Eyni zamanda həmişə qulaqlarında bəzəkli sırğalar olur, əvvəlcədən də yaşını deməyəcəyini bildirir.