RF prezidenti Vladimir Putin avqustun 8-də Abxaziyaya səfər edəcək. Bu səfər Rusiyanın Gürcüstana qarşı 2008-c il müharibəsinin ildönümünə həsr olunub, bu müharibə Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə yekunlaşmışdı. Son dəfə Vladimir Putin 2013-cü ildə prezident Aleksandr Ankvabın dövründə Abxaziyaya səfərdə olub.
Rəsmi versiyaya əsasən bu dəfəki səfərin məqsədi Abxaziya prezidenti Raul Xajimba ilə hərbi, hüquq-mühafizə və investisiya sahələrində əməkdaşlıq məsələləri ətrafında danışıqlar aparmaqdır. Xatırladaq ki,
— Rusiya və Abxaziya müştərək hərbi qruplaşmanın yaradılmasını nəzərdə tutan strateji əməkdaşlıq haqda sazişi həyata keçirməyə çalışırlar
— Rusiya və Abxaziya hüquq-mühafizə orqanlarının işini ümumi informasiya mərkəzi yaratmaq yolu ilə koordinasiya etməyə çalışır
— Rusiyanın maliyyə yardımı (2017-ci il üçün 4 milyard rubl, 56 milyon dollara yaxın) Abxaziya büdcəsinin planlaşdırılmış gəlirlərinin yarısından bir qədər azdır
Bütün bunlardan başqa Putinin səfəri ABŞ-ın vitse-prezidenti Pensin az əvvəl baş tutmuş Gürcüstan səfərinə bir növ cavabdır, həmin səfər zamanı sonuncu kəskin anti-Rusiya mövqeyindən çıxış edib. Bu səfərin pərdəarxası, çox vacib hədəfi isə qarşıdan gələn prezident seçkiləri ərəfəsində Putinin imicini möhkəmləndirməkdir. Seçkilər 2018-ci ilin martında başlamalıdır, amma de-fakto seçkiqabağı kampaniya artıq başlayıb.
Amerikalı siyasətçi “Gürcüstanın NATO-ya daxil olmasını fəal şəkildə təşviq edir, bununla da bir sıra narazılıqları, o cümlədən də xalqlar, Abxaziya və Cənubi.
Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır