Bu fantastik avtobus dayanacaqlarını gənc Zurab Tsereteli çəkib. İnanmaq çətindir ki, bu 1960-cı ildə Qaqra, Pitsunda və Yeni Afonda tikilən qeyri-adi pavilyonlar hələ də fəaliyyət göstərir.
Düzdür, dayanacaqların bir hissəsi dağılmağa başlayır və yerli əhali heç də həmişə onlardan təyinatı üzrə istifadə etmir.
Dayanacaqlar betondan düzəldilib. Rəngbərəng mozaika ilə işlənib. Amma pavilyonların necə düzəldiyi əsas deyil, əsas olan onlara verilən formadır: səkkizayaqlı ilbiz, xoruz, balıq, dalğa, delfin. Onların fotosunu çəkən Nikolay Nazaykinski deyir ki, pavilyonlar o qədər qeyri-adidir ki, indi də XXI əsrdə onlar dünyanın ən qabaqcıl şəhərlərində yerində görünərdi.
• Zurab Tsereteli. 1934-cü ildə Tbilisidə anadan olub. Sovet, sonradan da rusiyalı rəssam və heykəltəraş, dizayner, professor. 1997-ci ildən Rusiya Rəssamlıq Akademiyasının prezidenti. Tseretelinin yaradıcılığı Rusiyada (və ilk növbədə Moskvada) hökumətdən və qismən də xaricdən böyük dəstək alır, bununla belə bədii tənqid və ictimaiyyət ona bir mənalı olmayan, tez-tez pis qiymət verir.
Məqalədə bildirilən fikirlər müəllifin nöqtei-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.