“Təfəkkür” Universiteti təhsil ocağının rəhbərliyinin müraciəti əsasında təhsil nazirinin əmrilə bağlanıb. Təsisçilər Şurası maliyyə problemlərilə əlaqədar olaraq universitetin fəaliyyətini dayandırmaq qərarına gəlib.
Tələbələrin digər ali məktəblərə yerləşdirilməsi üçün nazirlik “Təfəkkür”ün rektoru Rəhim Hüseynovun da daxil olduğu işçi qrup yaradıb. Bu proses iki ay ərzində həyata keçirilməlidir.
“Təfəkkür” Universitetində təhsil haqqı fakültədən asılı olaraq illik 1000-3000 manat arası (orta hesabla 1500 dollar) arasında idi.
Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilmiş siyahıya əsasən Azərbaycanda 38 dövlət və 13 özəl ali məktəb fəaliyyət göstərir.