Prezident dar çərçivədə danışdı
Əvvəlcə bir neçə teleşirkət xəbər efirində prezidentin dekabrın 6-da ölkədə referendum keçiriləcək kostitusion dəyişikliklərlə bağlı fikir söylədiyini bildirdi. Bu dekabrın 2-si axşam oldu. Növbəti gün telekanallar rəsmi xəbər çıxana qədər susqunluğunu davam etdilər, dövlət başçısının jurnalistlərlə söhbətinin video-yazısı və bütöv çıxış president.am saytındadır.
Dərhal bununla bağlı şərhlər onlayn-nəşrlərdə verildi. Media Təşəbbüs Mərkəzinin saytı olan media.am bu vəziyyət haqqında birinci yazdı: “Belə bir şübhə yaranır ki, bütün orada olanlar “mötəbər KİV nümayəndələri olduğu halda belə, senzura problemi mövcuddur. Bir az da irəli gedən şübhələr də yaranır: bizə eyni yerdə montaj edilən, amma bir-birindən bir qədər fərqlənən süjetlər göstərməyəcəklər ki.
Daha bir şəbəkə nəşri “Civilnet sual etdi: “Dünyanın hansı ölkəsində biz belə bir şeyin şahidi olmuşuq ki, 8 telekanaldan olan 12 jurnalistin iştirak etdiyi mətbuat konfransı ancaq bir telekanalın kamerası tərəfindən çəkilsin? Onda niyə digərləri bu qədər tezlik tutur?
Mətbuat konfransının özünə gəlincə, Serj Sarqsyan konstitusion dəyişikliklərlə bağlı referendumun vacibliyi barədə fikir bildirdi və izah etdi ki, niyə onun fikrincə onlar ölkəyə lazımdır və niyə o bu prosesə başlayıb:
“Mən qüvvədə olan Konstitusiyanın konkret tənzimləmələrində təhlükə görürən və bu faktı qeyd etməyi özümə borc bilirəm. Sakitcə və səssizcə oturub gözləyə və deyə bilmərəm ki, mən bu təhlükəni görürəm, amma bəzi adamlar deyir ki, indi vaxtı deyil və cəmiyyət tərəfindən tələb yoxdur, ona görə də mən susacam.
Sarqsyanın fikrincə, ilk və əsas təhlükə ölkənin qüvvədə olan Konstitusiyası ilə təsbit olunan dövlətin yarıprezident idarəçiliyi formasında prezidentin hüquq və məsuliyyəti arasındakı uyğunsuzluqla bağlıdır. Söhbət dövlət başçısının ölkənin müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə görə məsuliyyətindən gedir ki, bu zaman o müdafiə sahəsində dövlət orqanlarının fəaliyyətinə “rəhbərlik etmək deyil, yalnız onların işini “koordinasiya etmək hüququna malikdir.
Prezidentin sözlərinə görə, ikinci təhlükə onunla bağlıdır ki, qüvvədə olan Konstitusiyaya görə, dövlət başçısı iqtisadi vəziyyətə görə də məsuliyyət daşımır.
Üçüncü təhlükə isə “məhkəmə sisteminin daxili və xarici müstəqilliyi ilə bağlıdır. Serj Sarqsyan mətbuat konfransı iştirakçılarına müraciət etdi: “Düşünürəm, heç biriniz inkar etməyəcəksiz ki, cəmiyyətimizdə belə bir fikir yayılıb ki, bütün hökmlər, onlar məhkmədə elan edilənə qədər Baqramyan 26-dan (prezident qərargahının ünvanı — JAMnews) keçir. İndi hakimləri prezident təyin edir. Konstitusiyaya dəyişikliklər layihəsində isə, “əksər mütəxəssislərin fikrincə, bu məsələ də həll olunur, – Sarqsyan əmin etdi.
Prezidentin növbəti bəyanatı daha böyük marağa səbəb oldu: “Tam səmimiyyətlə deyirəm ki, ölkəmizdə mütləq prezident idarəçiliyi sistemi mövcud olsaydı, ola bilsin, mən bu islahatlara getməzdim, çünki parlament sisteminin öz, prezident sisteminin də öz üstünlükləri var. Misal üçün, müharibə vəziyyətində prezident sistemi tamamilə məqbul sayıla bilər, onda heç bir təhlükə yoxdur, amma demək olmaz ki, müharibə vaxtı parlament sistemi həyat qabiliyyətli deyil. Bax yarıprezident sistemi həyat qabiliyyətşli deyil.
Təəssüf ki, mətbuat konfransında iştirak edən heç bir jurnalist xəbər almadı ki, niyə belə olan halda prezident 100 faiz prezident idarəçiliyi deyil, parlament sisteminə doğru yolu seçdi. Bəlkə də xəbər aldılar, amma biz bunu nə gördük, nə də ki eşitdik.