Seçki qabağı “sevgi” oyunları
Ermənistandakı ən böyük milli azlıqların icmaları – yezidlər, ruslar, assuriyalılar və kürdlər Ermənistanın hakim Respublika Partiyasına üstünlük verirlər. Söhbət aprelin 2-nə təyin olunan parlament seçkilərindən gedir. Daimi rezidentlərdən ibarət olan ilk dörd ən böyük icmanın nümayəndələri artıq bildirirlər ki, seçkilərdə ERP-nin siyahılarında təmsil olunmağı istəyirlər. Yəni onlar bunu parlamentdə öz nümayəndələrinin olması üçün ən real şans hesab edirlər.
Ermənistan Konstitusiyası və Seçki Məcəlləsinə əsasən, partiya və ya partiyalar blokunun ümumdövlət seçkiqabağı siyahısının ikinci hissəsində milli azlıqların ən azı iki və ən çoxu dörd nümayəndəsi olmalıdır.
Tert.am ilə söhbətində özünün Ermənistanın hakim partiyasına qoşulmaq istəyini Ermənistandakı rus icmasının nümayəndəsi, Assuriya icmasının başçısı, bundan başqa da “Mediaşanqal” yezid ictimai təşkilatının başçısı bildirib.
Sorğu olunanlar arasında yeganə istisna “Sincar” yezid milli birliyinin nümayəndəsi oldu, o bildirdi ki, Seçki Məcəlləsinə görə, partiyaların özləri siyahılara hansı milli azlıqları daxil edəcəyini müəyyən edir. Nümayəndə bu zaman vurğuladı ki, şəxsən özü və bəzi həmkarları başqa, “Çiçəklənən Ermənistan” partiyasının siyahısına düşmək istərdilər. Amma “Sincar” indiyə qədər partiyadan təklif almayıb.