Pravoslav, katolik və yəhudi pasxası - ümumi və fərqli cəhətləri
Xanuka və Yeni ildən fərqli olaraq, Pasxa və Pesax eyni dərəcədə ciddi bayramlardır və iki dinin mahiyyəti barədə çox şeyi izah edə bilərlər.
“Jewish learning” qəzetində ravvin Ismar Schorschun şərhi verilir.
Yaz qardaşları
Bu, ilk növbədə bahar bayramlarıdır. Yeddi günlük xristian pasxası da, səkkiz günlük yəhudi pesaxı da yazın əvvəlində qeyd olunmalıdır.
Pasxanın qeyd edilməsi barədə qərar Nikeyada ilk Ümumdünya kilsə məclisində 325-ci ildə qəbul edilib. Çətin hesablamalarla baş sındırmasaq, ümumi qayda təxminən aşağıdakı kimi ifadə olunub: “Pasxa yazda ayın bədirləndiyi gecədən sonra ilk bazar günü qeyd olunur”.
Deməli Pasxa yəhudilərin çox qədim Pesax bayramına yaxın keçirilir, Pesax da hər il yəhudi ay təqviminə görə nisan ayının 14-də başlamalıdır.
Pesax yəhudi xalqının tarixinin vacib hadisəsi – Misirdən çıxması və köləlikdən azad olunması ilə bağlıdır. “Sən bu gün, Aviv ayında azad olursan” şerini ravvinlər yazın əvvəlində, keçid ayı sayılan, qış yağışlarının bitdiyi və havanın yumşaldığı ayda qeyd etməyin vacibliyi kimi izah edirlər.
Yəhudi icması Pesax bayramına hazırlaşır. Video Reuters, aprel 2017. Qüds
Belə çıxır ki, Pasxa və Pesahın həmişə bir-birindən bilavasitə yaxınlıqda olmaq taleyinə yazılıb.
Hər iki bayram tarix və ümiddən bəhs edir
İki bayramın yaxınlığını təsdiq edən ikinci element ümiddir. Ondan yaz və təbiətin yenilənməsi xəbər verir. Ümiddən həm də Pasxa və Pesaxda qeyd olunan tarixi hadisələrin özləri də xəbər verir:
Pesaxda bu, köləlikdən azad olma – özünü və həyatını bərpa etmək yoludur.
Pasxa məsələsində isə bir nəfərin ölümü bir çoxlarının həyatını xilas edir. İsa Peyğəmbərin zühur etməsi həyatın qəti qələbəsinin bayramıdır, bu haqda, misal üçün, Bizans liturgiyasında da deyilir:
“İsa Məsih zühur edib! Ölərkən ölümə qalib gəlib; ölümlə həyatı hədiyyə edib” (no. 638).
Bununla belə, bütün oxşarlıqlarına baxmayaraq, Pasxa və Pesax əsaslı şəkildə fərqlənirlər.
Yəhudi pasxası icma, xristian pasxası fərdi bayramdır
Hər iki bayram köləlik ya günah olsun – ümidsizliyin sonunu ifadə edir. Amma bu prosesdə yəhudi xalqı icma kimi iştirak etməlidir, Pasxa isə hər bir insana ayrı-ayrılıqda müraciət edərək, sonsuz həyatın mümkünlüyündən danışır.
Bundan başqa, Pesax yəhudi xalqını indi və burada həyat səviyyəsini yaxşılaşdırmağa çağırır, Pasxa isə bu dünyanın hüdudlarından kənarda xilas haqqında danışır.
Pravoslav pasxasının günü katolik pasxası ilə niyə üst-üstə düşmür?
Qüdsdə Qefsiman bağında “Basilica Agoniae Domini” məbədində Pasxa öncəsi ibadət. 14 aprel, 2017, video: JAMnews
2017-ci ildə pravoslavlar və katoliklər Pasxanı eyni gündə – aprelin 16-da qeyd edirlər. Bu da çox nadir hallarda baş verir. Gələn dəfə bu cür təsadüf bir də 2025-ci ildə olacaq.
Adətən pravoslavlar İsanın zühurunu katoliklərdən daha gec qeyd edirlər.
Bunun mürəkkəb səbəblərini qısaca bu cür izah etmək olar:
• Bir səbəb – müxtəlif təqvimlər;
• İkincisi – pravoslavlar xristian kilsəsinin daha erkən ənənələrinə sadiqdirlər.
Qeyd etmək lazımdır ki, bütün qalan bayramları pravoslavlar Qərb xristian kilsələri ilə eyni vaxtda qeyd edirlər. Bu qərar 1923-cü ildə Konstantinopolda əsas pravoslav konfessiyalarının nümayəndələrinin görüşü zamanı qəbul edilib. Həmin görüşdə hamı üçün kilsə bayramlarının müəyyən edilməsi vaxtı Qreqorian təqviminə əsaslanmaq qərarı verilib.
Və ancaq Pasxanı pravoslav kilsəsi qədim yulian təqviminə uyğun qeyd edir.