Tbilisi İdman Sarayında Vahid Milli Hərəkatın qurultayı keçirilib. Bu qurultayda partiyada baş vermiş münaqişə və qarşıdurmadan sonra Mixail Saakaşvili ilə qalan VMH liderləri iştirak edib.
Qurultay nümayəndələri Siyasi Şuranın 61 üzvünü seçib. Siyasi Şuranın rəhbəri olaraq Nika Meliya, onun müavinləri isə Zaza Bibilaşvili və Levan Varşalomidze seçilib.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili skayp vasitəsilə qurultay nümayəndələrinə müraciət edib. Onun sözlərinə görə, “VMH onillik ənənələrin əsasını qoymuş və hakimiyyəti dinc yolla, heç bir qarşıdurmasız ötürmüş yeganə partiyadır”.