Gürcüstan Prokurorluğu polis adı altında kurort şəhəri olan Batumidə hostellərdən birini qarət edən RF və Gürcüstan vətəndaşlarına “qarət” maddəsi ilə ittiham irəli sürüb. Bu haqda Gürcüstanın Baş prokurorluğuna istinadən “Novosti-Qruziya” xəbər verir.
Qarət bazar ertəsi səhər tezdən baş tutub.
“İmedi” telekanalının məlumatına görə, iki nəfər hostelə gələrək, özlərini polis kimi təqdim edib və deyiblər ki, narkotik axtarırlar. Bundan sonra da onlar müştəriləri qarət etməyə başlayıblar.
Bir kişinin telefonunu götürüblər, Koreyadan olan turistin isə planşetini əlindən almağa çalışsalar da buna nail ola bilməyiblər.
Qarətçilərdən birini hosteldə qalanların özləri tutub, ikincisi isə qaça bilib.
Hadisə yerinə polis əməkdaşları çağırılandan sonra ikinci cinayətkarı da yaxalamaq mümkün olub.
“Qarət” maddəsi ilə cinayət işi açılıb, həmin maddə üzrə ya cərimə ya da iki ildən üç ilə qədər və ya üç ildən beş ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.