Ukraynanın Hromadske teleşirkətinin “Slidstvo.İnfo” araşdırmalar redaksiyası OCCRP araşdırmaçı jurnalistlərin beynəlxalq şəbəkəsindən olan həmkarları ilə birlikdə Rusiya və Ukraynanın tanınmış jurnalisti Pavel Şeremetin qətli ilə bağlı araşdırma-film təqdim ediblər.
Şeremet 2016-cı ilin iyununda Kiyevin mərkəzində qətlə yetirilib – işə getdiyi zaman onun maşınında partladıcı qurğu işə düşüb. Bir ilə yaxındır ki, istintaq gedir, amma indiyə qədər cinayətin üstü açılmayıb. Jurnalistlər çoxlu maraqlı faktlar əldə ediblər, çox güman ki, istintaq bütün bunlara diqqət yetirməyib.
Jurnalistlərin əldə etdikləri məlumatlar haqda daha ətraflı “Pavelin qətli” filmində (rus dilində).