“Oskar”: ilk dəfədir ki, əcnəbi film ən yaxşı elan olunub
Cənubi Koreya istehsalı olan “Parazitlər” filmi “Oskar” mükafatı tarixinə “Ən yaxşı film” naminasiyasında qalib gələn ilk əcnəbi film kimi daxil olub. Təfərrüatlar CNN-nin materialında.
Qaliblər
Ən yaxşı aktyor “Coker” filmində baş rolu ifa edən Joakin Feniks elan olunub.
“Cudi” filminə görə Rene Zellveqer ən yaxşı aktrisa seçilib.
Bred Pit Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmindəki ikinci plan roluna görə çoxdan gözlənilən “Oskar”ını alıb.
Ən yaxşı multfilm “Əjdahanızı necə təlim etməli. Gizli dünya” elan olunub.
“Parazitlər” daha iki nominasiyada da qalib olub – “Ən yaxşı rejissor” (Pon Çjun Xo) və “Əcnəbi dildə ən yaxşı film”.
Triumfator
“Oskar” mükafatı bir neçə nominasiyada “Parazitlər” filmi üçün beynəlxalq kinofestivallarda zəfər yürüşünün apoteozu olub. Bu, dördüncü qələbədir, birincisi əfsanəvi Kann festivalında əldə edilib.
Tənqidçilər “Parazitlər” filminin sirrinin nədən ibarət olduğu sualına cavab tapmağa çalışırlar.
Bu, Cənubi Koreyada, “iqtisadi möcüzənin” müxtəlif qütblərində yaşayan iki ailənin münasibətlərindən bəhs edən satirik komediyadır. Süjetin mərkəzində kasıbların və varlıların bir-biri qarşısında hiss etdikləri qarşılıqlı qorxular dayanır.
Əksər kino tənqidçiləri hesab edirlər ki, “Parazitlər”in uğur qazanmasının sirri filmin bütün dünyada insanları narahat edən mövzuya – bərabərsizliyin artmasına – toxunnmasıdır.
“Oskar” təqdimatı mərasimi ABŞ-da qızışmaqda olan prezidetn seçkilıri marafonu fonunda baş tutub. “Parazit”in qələbəsinin və radikal solçu siyasətçilərin populyarlığının artmasının eyni təbiətin törəməsi olduğu artıq çoxlarının diqqətini çəkib.