On il müddətində Belarusda belorusca təhsil alan məktəblilərin sayı iki dəfə azalıb
Paylaşmaq
Paylaşmaq
Son on il ərzində Belarusda belorusca təhsil alan məktəblilərin sayı iki dəfə azalıb. İndi onların sayı bütün məktəblilərin cəmi 13 faizini təşkil edir. Bu haqda göstəriciləri Euroradio təqdim edir.
Hazırda Belarusda tədrisin belorus dilində aparıldığı mindən çox məktəb var. Bunlar əsasən aztutumlu kənd məktəbləridir. Minskdə doğma dilli tədris ancaq on məktəbdə mövcuddur.
Belarusun baş naziri Vasili Jarko Euroradio-ya bildirib ki, “uşağın arzusundan asılı olaraq məktəbdə dərslər həm belorus dilində, həm də rus dilində olan dərsliklər üzrə də keçirilə bilər. Hər iki dildə dərslik var”.
Hərçənd Təhsil Nazirliyindən Euroradio-nun sualına cavab olaraq bildirilib ki, tədris dili rus dili olan məktəblərdə şagirdlər belorusca oxuya bilər, “amma sualları yalnız rus dilində cavablamalı və imtahanları rus dilində verməlidirlər”.
Bundan başqa rus dilli məktəblərə belorus dilində dərsliklər verilmir, məktəblər bu kitabları öz hesablarına almalıdırlar. Bunu paytaxt məktəblərindən birindən də Euroradio-ya təsdiqləyiblər.
“Belorus dilində kitablar ancaq belorus dilli sinfin açılması ilə bağlı konkret əmr gələndə göndərilir. Buna görə də bu kitabları ayrıca sifariş vermək lazımdır”, – məktəbdən izah ediblər.