Olimpiada bu gün və 60 il əvvəl
MTV News bu klipdə peşəkar gimnastların çıxışlarının müasir və arxiv yazılarını müqayisə edib. Birinci nəticə öz-özünə yaranır – yerinə yetirilən hərəkətlər müqayisə olunmaz dərəcədə daha mürəkkəb və sürətli olub.
Amma video klipin altında verilən şərhlərdən birində çox yaxşı ifadə olunan daha bir fikir var:
“Müasir gimnastikanın nailiyyətlərini mümkün edən avadanlıqdakı fərqə baxın: yaylı döşəmə; əyilən tirlər və ya yumşaq döşəkcələr; amortizasiya olunan üzlüklər.
Bu gün mövcud olan məşq avadanlığı travmaları minimuma endirir, həm yeni başlayan gimnastların öyrədilməsini, həm də yüksək nəticələr əldə etmək üçün edilən məşqləri xeyli təhlükəsiz edir.
O vaxt gimnastlar taxta tirlər və at tükündən olan güləş örtükləri üzərində məşq edirdilər. Onlar bərk taxta döşəmə və əyilən tirlərin üstündə işləyirdilər.
Həm o vaxtkı, həm də müasir idmançılar öz nailiyyətləri ilə heyran edir. Gimnastika o vaxtlar daha sadə olmayıb, fərqli olub.
Dərc edilib 18.08.2016