Gürcüstanda koronavirus epidemiyasının piki tezliklə keçəcək, oktyabrda vəziyyət stabilləşəcək – Gürcüstanın baş naziri İrakli Qabriaşvili deyib. Buna nail olmada həlledici amil vaksinasiyanın sürətli tempidir.
“Çox tezliklə ölkədəən azı milyon nəfərə peyvənd vurulmuş olacaq. Sentyabrın sonuna qədər qarşıda duran vəzifə 2 milyon vətəndaşa ən azı vaksinin bir dozasının vurulmasıdır”, – Qaribaşvili deyib.
Bu proqnozu səhiyyə nazirinin müavini Tamar Qabuniya da təsdiqləyib:
“Ən əsası indi gündəlik yoluxmaların sayının nə dərəcədə sürətlə azalmasından asılıdır. Bunun üçün preventiv tədbirlərə əməl olunması son dərəcə vacibdir”.
Gürcüstanda hər gün beş mindən altı minə qədər insan yoluxur və ölüm həddi fəlakət səviyyəsində qalır – hər gün koronavirusdan 70 nəfərdən çox insan həyatını itirir.
Qabuniya deyib ki, “ölkə hələ çox ciddi dövrdən keçməlidir”, çünki faciəvi ölüm həddi, böyük ehtimalla hələ iki həftə davam edəcək. Yoluxanların sayının stabilləşməsinin ardınca ölüm hallarının azalmasının başlaması üçün adətən məhz bu qədər müddət lazım olur.
Son aylarda Gürcüstanda hər gün 6000-ə qədər koronavirusa yoluxma halı və 80-ə qədər ölüm qeydə alınır. Son 24 saatda ölkədə 78 nəfər bu xəstəlikdən ölüb, 1915 yeni yoluxma halı qeydə alınıb.
Avqustun 18-də brifinqdə səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib ki, yoluxma səviyyəsi hələ də yüksəkdir və heç bir regionda heç bir stabilləşmə əlaməti müşahidə olunmur.
Xəstəliklərə nəzarət mərkəzləri bildirirlər ki, müsbət nəticə 4 faizdən aşağı deyilsə, onlar tədqiqatın başlamasını tövsiyə edə bilməyəcəklər.
Son bir həftədə bu göstərici 10-12 faiz təşkil edir.