Ermənistanın baş naziri və bütün ailəsi koronavirusa yoluxub
Ermənistanın baş naziri Nikol Paşinyan və onunla birlikdə bütün ailəsi koronavirusa yoluxub. Bu barədə hökumət başçısı özü Facebook üzərindən canlı yayımda deyib.
«Dünən mənim koronavirus infeksiyası testimin müsbət çıxdığı məlum olub. Məndə heç bir simptom olmayıb, amma səfərə çıxacağım üçün test verməyə qərar verdim. Ailənin bütün üzvlərinin də testi müsbət çıxıb. Çox güman ki, ailə üzvlərini mən yoluxdurmuşam», – baş nazir deyib.
Paşinyan həm də xəstəliyin onda simptomsuz keçdiyini deyib.
«İqamətgahdan işləyəcəm. Burada mənim hər bir şəraitim, bütün rabitə vasitələrim var. Nə qədər işləmək imkanım olsa işləyəcəm».
Yeri gəlmişkən, Ermənistanda simptomsuz koronavirus xəstələrini izolyasiya etməmək qərarına gəliblər. Xəstənin səhhətinə ev şəraitində şəhər poliklinikalarının, kənd ambluator sağlamlıq mərkəzlərinin həkimləri nəzarət edəcək.
Bu qərar ölkədə ümümi yoluxma sayının kəskin artması və müvafiq olaraq, ağır xəstələrin sayının artması ilə bağlıdır.