Ermənistanın baş nazirinin xanımı komanda məntəqəsində olub və müharibədəki uğursuzluqlara görə kim günahkardır – Paşinyanın şərhi
Ermənistanın baş naziri Nikol Paşinyan xalqa video-müraciəti zamanı bildirib ki, o özü həyat yoldaşı Anna Hakopyana müharibə zamanı Qarabağın müdafiə ordusunun qərargahının iclasının getdiyi bunkerə baş çəkməyi tapşırıb. Bununla hökumət başçısı Ermənistanın Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəhbəri Movses Hakopyanın bəyanatına cavab verib.
Bir qədər əvvəl general-polkovnik Movses HakopyanQarabağda müharibənin yükunları ilə bağlı mətbuat konfransı keçirib və Anna Hakopyanın komanda məntəqəsində olması haqda danışıb: Hakopyanın sözlərinə görə, o, hərbi iclasların keçirildiyi komanda məntəqəsində olan baş nazirin xanımından oranı tərk etməsini xahiş edib. Onun fikrincə, məhz bu hadisəyə görə, onun özünə komanda məntəqəsinə gəlməyi qadağan ediblər.
- Ermənistan prezidenti baş nazirin istefasının və növbədənkənar parlament seçkilərinin qaçılmaz olduğu fikrindədir
- Atəşkəs imzalanandan sonra Azərbaycan və Ermənistan nə əldə edib?
Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəhbəri nə deyib?
Movses Hakopyan noyabrın 19-da mətbuat konfransı keçirib. Konfransa da o, baş nazirin həyat yoldaşı ilə bağlı hadisədən başqa hələ müharibənin qızğın vaxtında istefaya getmək niyyəti haqda danışıb, amma bunu müharibənin sonuna qədər təxirə sallıb. Qəti qərarı sosial şəbəkədə baş nazirin çoxları tərəfindən vətəndaş müharibəsinə çağırış kimi qəbul edilmiş qalmaqallı müraciətindən sonra verib.
Mətbuat konfransı zamanı keçmiş Baş Qərargah rəisi bildirib ki, bütün müharibə müddətində yalan yayılırdı, elə bu da siyasi böhrana gətirib çıxarıb.
Baş nazirin mətbuat katibi Hakopyanın çıxışını şərh edib. Mane Gevorqyan Facebook-da yazıb ki, generalın bütün sözləri iftira və yalan bəyanlar kontekstində dəyərləndirilir və hüquq-mühafizə orqanları general-polkovnik Movses Hakopyanın bəyanatları ilə məşğul olmalı və dəyərləndirməlidir.
Baş nazirin mətbuat katibi həmçinin bildirib ki, Paşinyan generalın ittihamlarını uydurma və cəfəng hüsab edir və yeri gələndə bunları şərh edəcək.
Ermənistanın Müdafiə Nazirliyinin yaydığı bəyanatda Hakopyanın təqdim etdiyi informasiyanın həqiqətə uyğun olmadığı bildirilir.
Movses Hakopyanın bəyanatından sonra Xüsusi İstintaq Xidmətində ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə haqda cinayət işi qaldırılıb.
Baş nazir nə deyib?
Paşinyan noyabrın 27-də video-müraciəti zamanı bu bəyanları şərh edib.
Baş nazir Anna Hakopyanın həqiqətən də komanda məntəqəsində olduğunu təsdiqləyib.
“Həyat yoldaşım Stepanakertdə mənim tapşırığımla generallara baş çəkib. Ermənistanın baş nazirinin ailə üzvünün ziyarəti mütəmadi olaraq dinc sakinlərin şəhərlərdən qaçdığını eşidən hərbçiləri dəstəkləməli və döyüş ruhunu yüksəltməli idi”.
Müraciəti zamanı Paşinyan Hakopyanı təmas xəttinin cənub istiqamətində hərbi əməliyyatları uğursuzluğa uğratmaqda ittiham edib.
“Qanunsuz əməllərinə görə cəbhənin cənub hissəsində rəqibin irəliləyişə nail olduğu bir general mətbuat konfransı keçirir və unudur ki, bir neçə il əvvəl o, Müdafiə Nazirliyinin büdcəsindən 42 milyonum talanması ilə bağlı qaldırılan cinayət işinin fiqurantlarından biri olub”.