NDI: Gürcüstan əhalisinin 53%-i əmindir ki, inanc insanları koronavirusdan qoruyacaq
Milli Demokratiya İnstitutu (NDI) Gürcüstan əhalisi arasında sorğu aparıb və müəyyən olub ki, sorğu edilənlərin 17 faizi epidemiyanın yayılmasının və ölüm hallarının az olmasını genetika və dinlə izah edir.
53 faiz respondent bəyan edib ki, inanc insanları yoluxmadan qoruyur.
- Bazarda epidemiya. Gürcüstanın ən böyük bazarı Liloda epodemioloqların işi haqda reportaj
- Gürcüstanın Marneuli şəhərində 1000 qonaqlıq toylar olmadan həyat
10 faiz bildirib ki, bu il Pasxa liturgiyasında iştirak edib.
73 faiz epidemioloji vəziyyətin yaxşı olmasını həkimlərin və hakimiyyətin yaxşı işi ilə əlaqələndirir.
Sorğuda iştirak edənlərdən hər on nəfərindən biri hesab edir ki, koronavirus 5G texnologiyasının köməyilə yayılır.
Sorğunun nəticələrinə əsasən, əhalinin yalnız 38 faizi yaradıldığı zaman covid əleyhinə peyvənddən istifadəyə hazırdır, 46 faiz peyvəndin əleyhinədir.
NDI sorğunu 26-30 iyunda telefonla bütün Gürcüstan ərazisi üzrə (işğal olunmuş ərazilərdən başqa) keçirib. Sorğuda 1550 respondent iştirak edib.