NATO-nun Qafqazdakı nümayəndəsi: “Gürcüstan 5-ci paraqrafa “şərtlə” Alyansa üzv ola bilməz”
Gürcüstanın NATO-ya qəbulu
Gürcüstan NATO-ya Şimali Atlantika Müqaviləsinin 5-ci paraqrafına dair xüsusi şərtlə daxil ola bilməz – Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi, Qafqaz və Mərkəzi Asiyada xüsusi nümayəndə Xavyer Kolomina deyib. Yəni bu halda kollektiv müdafiə və NATO-nin müttəfiqinin müdafiəsi haqda öhdəlikAbxaziya və Cənubi Osetiyaya şamil edilməyəcək. Bu haqda Kolomina Gürcüstanın Strategiya və İnkişaf Mərkəzinin onlayn iclasında bildirib.
2019-cu ildə NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussen bildirib ki, Gürcüstanın Şimali Atlantika Alyansına inteqrasiyasına mane olmamaq üçün Tbilisi NATO-ya elə qoşulmalıdır ki, 5-ci paraqraf Tbilisinin nəzarətində olmayan Abxaziya və Cənubi Osetiyaya şamil edilməsin.
“Almaniya NATO-ya 1955-ci ildə daxil olub, amma yalnız onun qərb hissəsi. NATO nizamnaməsi Şərqi Almaniyaya şamil edilmirdi. Amma 1991-ci ild Almaniya birləşəndən sonra NATO nizamnaməsinin qüvvəsi Şərqi Almaniyaya da şamil edildi. Prinsipcə analoji mexanizm Gürcüstan üçün də hazırlana bilər. Əlbəttə, bu mübahisəlidir və həm Gürcüstan, həm də NATO bunu nəzərə almalıdır”, – Rasmussen2019-cu ildə deyib.
O, həmçinin qeyd edib ki, Alyans 2008-ci ildə Gürcüstan və Ukraynaya NATO-ya üzvlük üzrə Fəaliyyət Planı təqdim etməməklə səhvə yol verib.
NATO Sazişinin 5-ci maddəsi “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” adı ilə tanınır və bu prinsip hərbi ittifaqın təməl daşıdır.
5-ci maddədə həmçinin vurğulanır ki, “hərbi qüvvə” də daxil olmaqla kollektiv müdafiə tədbirləri yalnız vacib olduğu zaman tətbiq edilməlidir.
“NATO-nun keçmiş baş katibi Rasmussenin təklifinə mənim cavabım birmənalı şəkildə mənfidir. Mən düşünmürəm ki, bu mümkündür. Düzü, mən heç düşünmürəm ki, bu, hazırkı şəraitdə faydalı ola bilər. NATO beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməyə davam edir. Bu, bizim yalnız Gürcüstan hökumətinə yox, həm də rəqiblərimizə ünvanladığımız əsas mesajdır”, – Kolomina deyib.
Onun sözlərinə görə, Alyans bu nizamlanmamış münaqişələrdə Cenevrə kontekstində beynəlxalq müzakirələr görmək istəyir. Kolominanın sözlərinə görə, Gürcüstan NATO-nun ən yaxın tərəfdaşlarından biridir və hazırkı münasibətlər Gürcüstanın xeyrinə işləyir.