Mixail Saakaşvili - velosipedçi
2016-cı ilin may ayında Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Odessaya gəlməsinin bir ili tamam olur. Onun sözlərinə görə, o, şəhərdə yeni maraqlı adam olub. Bununla belə, onun adamları yerli seçkilərdə məğlub oldu – bu zaman Mixail Saakaşvili Odessadan kənarda daha böyük populyarlıq qazandı. Gürcüstandakı kimi Ukraynada da nəsə qaydasında deyil?
Qulaylanma
Saakaşvili Odessada ilk günlərdən korrupsiyayla mübarizəni fəaliyyətinin prioriteti elan etdi. Bu sahədə onun əsas nailiyyətlərinin siyahısı aşağıdakı kimidir:
- Odessa vilayət administrasiyasının heyətinin 800 nəfərdən 500 nəfərə qədər ixtisar edilməsi. Əsas məqsəd: ştatda 400 nəfər saxlamaq.
- Bütün regionun milisini əvəz edəcək yeni patrul polisinin fəaliyyətə başlaması. Regionun baş polisi Saakaşvilinin silahdaşı Gürcüstanın keçmiş daxili işlər nazirinin müavini Giorgi Lortkipanidze oldu. Regionun Daxili İşlər Nazirliyinin şəxsi təhlükəsizlik idarəsinin rəhbəri vəzifəsinə isə başqa gürcü, Konstantin Mçedlişvili təyin edildi.
- Ukraynanın Odessa yaxınlığındakı İliçevsk (indiki Çernomorsk) şəhərində ən iri limanın direktorunun işdən qalmaqallı uzaqlaşdırılması.
- Odessa gömrüyünün rəisi vəzifəsinə bundan əvvəl gömrüyə heç bir aidiyyatı olmayan Maydan fəalı Yuliya Maruşevskayanın təyin olunması.
- Odessa vilayətində bütün rayon rəhbərlərinin dəyişdirilməsi.
- Qısa müddət Ukraynada ilk, gürcü variantına bənzər inzibati xidmət göstərən mərkəzin açılması – burada hər bir adam qısa müddət ərzində və rüşvətsiz istənilən arayışı ala bilər.
- Dəniz qırağı çimərliklərində hasarlara qarşı “Səlib yürüşü. Tikinti texnikası sahildəki oliqarx villalarının ətrafında qurulan hasarları sökdü. Ukraynanın keçmiş ekologiya naziri (prezident Yanukviçin prezidentliyi dövründə) Nikolay Zloçevskinin və ukraynalı milyarder Vasili Xmelnitskinin hasarları da söküldü. Baş verənləri görən Odessa sərhəd xidməti rəhbərliyi və Ukraynanın yerli təhlükəsizlik xidməti əməkdaşları özlərinin illərlə bağlı olan çimərlik qapılarını sökdü.
- “Estrada embarqosu. Saakaşvilinin tələbi ilə Odessada Rusiya prezidenti Putinin himayədarlıq etdiyi Stas Pyexanın və Ukraynanı kəskin tənqid atəşinə tutaraq, bu ölkəni “narkotiklərə qurşanmış kiçik qardaş adlandıran reper Timatinin konsertlərinin ləğv edilməsi.
- Yerli sakinlərin şikayəti əsasında, Saakaşvili rayonların icra hakimiyyəti orqanlarının sahilboyu torpaqların paylanması ilə bağlı fəaliyyətini yoxlamağa başladı. Odessa yaxınlığındakı Krıjankov qəsəbəsində bütün sahilboyu ərazinin yerli qəsəbə rəhbərliyinin qohumları və dostlarına məxsus olduğu aşkarlandı. Yerli sakinlər isə bir metr belə olsa torpaq ala bilmədi. Saakaşvili qalmaqal saldı və bütün günahkarları həbs edəcəyinə söz verdi.
Zərbənin nəticələri
Bütün bunlar aşağıdakılarla nəticələndi:
- Administrasiya ştatını 400 nəfərə qədər azaltmaq mümkün olmadı. Ola bilsin ki, Ukrayna qanunvericiliyinə görə, işində pozuntulara yol verməyən dövlət qulluqçusunu işdən azad etməyin o qədər də asan olmaması Gürcüstanın keçmiş prezidentinə maneçilik törədən səbəb oldu.
- Yeni patrul polisi öz işində köhnə milislə qarşılıqlı əlaqədə çətinliklərlə üzləşdi. Hələ ki, yeni polisin funksiyalarına ancaq post patrul xidmətinin (PPX) vəzifələri daxildir. Başqa sözlə desək, cinayət işinin açılması, işin məhkəmə və prokurorluğa verilməsi kimi işləri ixtisara düşən milis icra edir.
- İliçevsk (Çernomorsk) limanı ətrafında baş verən qalmaqal qəflətən qızışdığı kimi də sakitləşdi. Saakaşvilinin limanın fəaliyyəti ilə bağlı söz verdiyi Ukrayna Baş Prokurorluğunun yoxlamalarının nəticələrini heç kim görmədi, müəssisəyə isə keçmiş direktorunun müavini rəhbərlik edir.
- Yuliya Maruşevskayanın Odessa gömrüyü rəhbəri vəzifəsində fəaliyyətinin ən gözə dəyən nəticəsi media tərəfindən onun Ukraynanın ən iri telekanallarından biri olan “24ün kommersiya direktoru, Markiyan Prosivanın xanımı, Ukraynanın “Qarşılıqlı yardım partiyasının lideri və Lvovun meri Andrey Sadovoyun dostu olması ilə bağlı məlumatlar oldu (telekanal 2006-cı ildə Sadovun öz tərəfindən yaradılıb). Onun sürətli karyera yüksəlişi isə Ukrayna prezidentinin partiyası və “Qarşılıqılı yardım partiyası arasındakı razılaşma ilə bağlıdır.
- Odessada 16 oktyabr tarixdə yaradılmış inzibati xidmətlər mərkəzi hələ də hüquqi statusa malik deyil. Mərkəzin tam funksionallağını təmin etmək üçün Ukrayna qanunvericiliyinə dəyişiklik edilməlidir, bu səbəbdən də hazırda böyük müasir mərkəz yalnız vətəndaşlardan ərizə almaq və məsləhətlər verməklə məşğuldur.
- Odessa çimərliklərində hasarların sökülməsi dayandırılıb. Sökülmüş hasarların yerində hazırda oliqarxların və dövlət idarələrinin torpaqlarını qoruyan mühafizəçi və “müvəqqəti çəpərlər var ki, onlar da əvvəlki kimi vətəndaşların dənizə çıxışını bağlayır.
- Ukraynanın M1 və “Evromuzıka kimi musiqi kanallarının Timati daxil olmaqla efirlərinin 80 faizini rus pop-ifaçıları tutur.
- Saakaşvilinin sahil boyu torpaqların yerli administrasiya rəhbərlərinin qohumları və dostlarına qanunsuz paylanmasına qarşı daha bir yürüşü də dayandı. Krıjanovka administrasiyasının başçısı Saakaşvilinin söz verdiyi kimi, həqiqətən də onun gəlişindən bir gün sonra 2,7 milyon qrivenin (təxminən 119 min dollar) israfında şübhəli şəxs qismində saxladılar. Amma elə həmin gün də 1,5 milyon qriven (təxminən 66 min dollar) ödəyəndən sonra buraxdılar. Odessa vilayət prokurorluğundan artıq Krıjanovka rəhbərliyinin işi ilə bağlı heç bir məlumat daxil olmur.
“Gürcü modeli islahatının effektivliyində ən ciddi şübhələr Odessada oktyabrda keçirilmiş regional seçkidən sonra yaranmağa başladı.
Partiya və namizədlərin çox olmağına baxmayaraq, mübarizə iki cəbhə – şəhərin indiki sahibləri və yeni Ukrayna hökumətinin nümayəndələri arasında gedirdi. Birincilər inamlı qələbə qazandı.
Amma Saakaşvilinin bütün fəaliyyətinin süqutunun əsas sübutu regional seçkilərdə cəmi 46,6 faiz seçicinin iştirak etməsi oldu. Saakaşvili komandasının bütün çağırışlarına baxmayaraq, odessalıların yarısından çoxu seçkilərə gəlmədi.
Hədəf heç nədir, hərəkat hər şeydir?
Odessa qubernatoru Saakaşvili Ukrayna regionlarında öz “antikorrupsiya forumları turuna “Təmizlik naminə adı altında başladı. Korrupsiya və mövcud dövlət sisteminin qüsurları haqqında danışarkən, o böyük populyarlıq qazanırdı. Adəti üzrə o öz nitqinə Ukrayna dilində başlayır və sonra üzr istəyərək rus dilinə keçir.
Saakaşvili hər bir vətəndaşın qarşılaşdığı problemlər haqqında “siyasi-bürokratik dildə deyil, sadə insanların dilində danışır. Onun əsas arqumentləri Gürcüstandakı prezidentliyi dövründən gətirdiyi misallardır.
“Mənim siyasi iddialarım bu ölkədə baş nazir olmaqdan daha böyükdür. Mən yeni oyun qaydalarının qoyulmasını və Ukraynada yeni siyasi elitanın hakimiyyətə gəlməsinin tərəfdarıyam, – Saakaşvili bu yaxınlarda verdiyi müsahibələrdən birində bildirib.
Bu zaman o hər tərəfli Pyotr Poroşenkonu dəstəkləyərək Ukrayna prezidentinin əsas üstünlüyünün “islahatlara hazır olması olduğunu bildirib.
Saakaşvili tərəfindən yaradılan yeni “Təmizlik naminə hərəkatının hansısa effektivliyi haqqında danışmaq hələ tezdir. Amma Odessa vilayətinin hüdudlarından kənarda hərəkatın məşhurlaşdığını da qeyd etməmək mümkün deyil.
Saakaşvili Ukraynaya gəlməsinin ildönümü ərəfəsində bir çoxları üçün, yerli oliqarx sisteminə bağlı olmayan bir növ “varyaq oldu. Və ola bilsin ki, o bu sistemlə mübarizə apara biləcək.
Gürcüstanın keçmiş prezidenti isə özünü dayanmanın yıxılmağa bərabər olduğunu anlayan velosipedçi kimi aparır.
Dərc edilib: 21.03.2016