Mərmər taxtabiti Azərbaycanı təhdid edir
Bir neçə il əvvəl Gürcüstanın kənd təsərrüfatının əziyyət çəkdiyi mərmər taxtabiti indi də Azərbaycanda aşkarlanıb. Həşərat Bakının mərkəzində sökülən evlərin dağıntıları arasından şəhərə yayılıb – “Report” Azərbaycanın Fındıq İstehsalı və İxracı Assosiasiyasının sədri İsmayıl Orucova istinadən xəbər verib.
Orucov bildirib ki, taxtabiti ilə mübarizəyə hazır olsalar da, hələlik kəskin tədbirlər görməyi doğru saymırlar. “Hazırkı vəziyyətdə mübarizəni təbiətə buraxmışıq”, – o deyib.
Mərmər taxtabiti kəndtəsərrüfatı ziyanvericisidir, müxtəlif növ bitkilərə, o cümlədən də fındıq, alma ağaclarına, qarğıdalıya böyük ziyan vurur. Kimyəvi vasitələrlə onun qarşısını almaq çox çətindir. İnsanlar üçün isə bu növ taxtabiti təhlükəsizdir.
• Mərmər taxtabiti – Gürcüstan, Abxaziya və Amerika fermerlərinin düşməni
• Əfsanəvi məhəllə yoxa çıxmaq üzrədir – bakılılar “Sovetski”ni xatırlayır